Lyusi Berns (; ) — amerikalı sufrajist və qadın haqları vəkili.Bland, 1981 (p. 8) Berns, həm ABŞ-da, həm də Böyük Britaniyada fəal şəkildə mübarizə aparan və militant sufrajistlərə qoşulan aktivist olmuşdur. Lyusi, Elis Polun yaxın dostu olmuş və birlikdə Milli Qadın Partiyasını yaratmışdılar.Bland, 1981 (p. 8), Lunardini, 1986 (p. 9)

Həyatı və təhsili Berns Nyu-Yorkda irland katolik ailədə anadan olmuşdur.Lunardini, 1986 (p. 14) Milli Qadın Partiyasının üzvü İnez Heyns İrvin onu belə təsvir edirdi:

O, ikiqat istedada sahib qadındır. O, həm danışığı, həm də yazıları ilə eyni dərəcədə təsirli və gözəl ifadə edir. […] O, həm zehni, həm də emosional olaraq cəld və həssasdır. […] O, yüksək intellektə malikdir, lakin eyni zamanda bu intellektə incəlik və cazibə bəxş edən irland xarakterinə sahibdir; onun sosial çevikliyi isə son dərəcə həssas və sürətlidir.Irwin, 1921 (p. 16)

Berns istedadlı tələbə olmuş və əvvəlcə 1890-cı ildə Bruklin Qadın Akademiyası kimi tanınan Paker Kolleci İnstitutunda oxumuşdur. Bu institut qızları "xanım" kimi yetişdirmək missiyasına malik idi, dini təhsili vurğulayır və eyni zamanda "açıq və güclü düşüncə vərdişləri" kimi liberal idealları təbliğ edirdi.Bland, 1981 (p. 5) Berns burada həyat boyu rol modeli olaraq qəbul etdiyi Laura Vayli ilə tanış oldu. Vayli Yel Universitetinin magistr proqramına daxil olan ilk qadınlardan biri olmuşdur. Berns həmçinin Kolumbiya Universiteti, Vassar Kolleci və Yel Universitetində təhsil almış, sonra isə ingilis dili müəllimi peşəsinə yiyələnmişdir.Lunardini, 1986 (p. 8, 14)

Berns Bruklində yerləşən Erasmus Liseyində iki il müəllimlik etmişdir. Təhsil sahəsini sevsə də, təcrübəni bəzən məyusedici hesab edir və təhsilini davam etdirmək istəyirdi. 1906-cı ildə, 27 yaşında, dil təhsili almaq üçün Almaniyaya köçmüşdür. Almaniyada Berns 1906–1909-cu illər arasında Bonn və Berlin Universitetlərində təhsil almışdır. Daha sonra Böyük Britaniyaya köçərək Oksford Universitetində ingilis dili üzrə təhsil almışdır.Bland, 1981 (p. 6) O, geniş və dərin təhsil almaq imkanına sahib idi, çünki atası Edvard Berns onun beynəlxalq təhsilini maliyyələşdirirdi.

İlk fəaliyyətləri Berns 1909–1912-ci illərdə Böyük Britaniyada Pankhörst ailəsi ilə birlikdə sufrajist hərəkatında iştirak etmişdir.Lunardini, 1986 (p. 9) O, Almaniyada magistr təhsili aldığı müddətdə İngiltərəyə səyahət etmiş və orada Emmelin Pankhörst və onun qızları Kristabel və Silviya ilə tanış olmuşdur.Bland, 1981 (p. 7) Onların fəallığı və xarizması onu o qədər ilhamlandırdı ki, magistr təhsilini yarımçıq qoyaraq qadın hüquqları uğrunda mübarizə aparan Qadınların Sosial və Siyasi İttifaqına (WSPU) qoşulmuşdur. Berns burada ilk dəfə "Votes for Women" qəzetini satmaqla və 29 iyun 1909-cu ildə keçirilən etiraz aksiyasında iştirak etməklə fəallığa başlamış və bu aksiyada həbs olunmuşdur.Lunardini, 1986 (pp. 8–9), Barker-Benfield & Clinton, 1991 (p. 456) O, 1910–1912-ci illərdə WSPU tərəfindən maaşlı təşkilatçı kimi işə götürülmüşdür.

Berns müxtəlif mitinqlərdə, küçə çıxışlarında iştirak etdi və çoxsaylı həbslərlə üzləşmişdir. 1909-cu ilin avqustunda o, Adela Pankhörst, Elis Pol və Marqaret Smitlə birlikdə Qlazqoda bir binanın damına çıxaraq lord Kruyun kişi auditoriyası qarşısında etdiyi çıxışı dayandırmağa cəhd etmişdir. Lyusi, dəfələrlə həbs edilmiş və aclıq aksiyası keçirmişdir. Vinston Çörçillin London şəhər meri balında iştirak edərək gizli plakat çıxarmış və "Qadınlar həbsxanada acından ölərkən siz burada necə nahar edə bilirsiniz?" deyə bağırmışdı. Bu hərəkətinə görə o, yenidən həbs olunmuş və həbsxanada məcburi yeməyə məruz qalmışdı.

Milli Amerika Qadınların Səsvermə Hüququ Assosiasiyası (NAWSA) Berns və Elis Pol ABŞ-a qayıtdıqdan sonra Milli Amerika Qadınların Səsvermə Hüququ Assosiasiyasına (NAWSA) qoşuldular və onun Konqres Komitəsinə rəhbərlik etmişdilər. Onlar Demokrat Partiyasını federal səviyyədə qadınlara səsvermə hüququ verməyə məcbur etmək üçün siyasi təzyiq strategiyasını tətbiq etməyə çalışdılar.

1912-ci ildə bu strategiyanı NAWSA-nın Filadelfiyada keçirilən qurultayında təqdim etdilər,Lunardini, 1986 (p. 16) lakin təşkilat liderləri, xüsusilə Anna Hovard Şou, Demokratların yeni seçilmiş prezident olduğu üçün hələ tez olduğunu düşünərək bu ideyanı rədd etmişdilər.

Bununla belə, Berns və Pol öz ideyalarından vaz keçmədilər və Ceyn Addams kimi daha açıq düşüncəli NAWSA liderlərinin dəstəyini qazandılar.Clift, 2003 (p. 97); Lunardini, 1986 (p. 15) Nəticədə, 1913-cü ildə "Qadınların Səsvermə Hüququ Yürüşü" təşkil edildi. Bu yürüş ABŞ prezidenti Vudro Vilsonun inauqurasiyasından bir gün əvvəl baş tutmuşdur.Irwin, 1921 (p. 9); Lunardini, 1986 (p. 15)

NAWSA isə onların daha radikal üsullarına maliyyə dəstəyi verməkdən imtina etdi və bu, Berns və Polun NAWSA-dan ayrılaraq Milli Qadın Partiyasını (NWP) qurmasına səbəb olmuşdur.Clift, 2003 (p. 96)

İrsi və xatirəsi Berns 2020-ci ildə Milli Qadınlar Tarixi Alyansı tərəfindən ölümündən sonra xatirəyə layiq görülmüşdür.

Dəmir dişli mələklər 2004-cü ildə HBO Films onun və Alis Polun mübarizəsini işıqlandıran "Iron Jawed Angels" filmini yayımladı. Berns bu filmdə avstraliyalı aktrisa Frensis O'Konnor tərəfindən canlandırılmışdır.

Suffs 2022-ci ildə "Suffs" adlı musiqili tamaşa Brodveydən kənar nümayiş olunmuşdur. Tamaşa Elis Pol və Bernsin aktivizmini əks etdirir. 2024-cü ildən etibarən Brodveydə göstərilməyə başlamışdır və onun prodüserləri arasında Hillari Klinton və Malala Yusafzay da mövcuddular.

Lyusi Berns İnstitutu ABŞ-ın Viskonsin ştatında yerləşən Lyusi Berns İnstitutu (), onun şərəfinə adlandırılmış bir qeyri-kommersiya təhsil təşkilatıdır.

Lyusi Berns Muzeyi 25 yanvar 2020-ci ildə Virciniya ştatının Lorton şəhərində yerləşən Lyusi Berns Muzeyi açılmışdır. Muzey qadınların 1910-cu illərdə "Səssiz Müşahidəçilər" hərəkatı çərçivəsində keçirdiyi etirazları və onların fədakarlıqlarını əks etdirir.

İstinadlar

Biblioqrafiya Barker-Benfield, G. J., & Clinton, C. (1991). Portraits of American Women from Settlement to the Present (pp. 437–439). New York, NY: Oxford University Press, Inc. Becker, S. D. (1981). The origins of the Equal Rights Amendment: American feminism between the wars. Westport, CT: Greenwood Press. Bland, S. R. (1981). 'Never Quite as Committed as We'd Like': The Suffrage Militancy of Lucy Burns (Vol. 17, Issue 2, pp. 4–23). Journal of Long Island History, 1981. Clift, E. (2003). Founding Sisters and the Nineteenth Amendment. Hoboken, NJ: John Wiley & Sons. Iron Jawed Angels Website Irwin, I. H. (1921). The Story of The Woman's Party. Retrieved from https://books.google.com/books (Original work published 1921 by New York, NY: Harcourt, Brace & Company, Inc.) Retrieved from "Lucy Burns (1879–1966)". In National Women's History Museum Presents Rights for Women: The Suffrage Movement and Its Leaders. Lunardini, C. A. (1941). From equal suffrage to equal rights: Alice Paul and the National Woman's Party, 1912–1928. New York, NY: New York University Press. ". Retrieved from National Woman's Party (NWP)". In History.com from Encyclopædia Britannica, Inc Stevens, D. (1920). Jailed for Freedom. New York, NY: Liverright. Retrieved from https://books.google.com/books Retrieved from Visionaries. In Profiles: Selected Leaders of the National Woman's Party from The Library of Congress American Memory.

Xarici keçidlər

Lucy Burns Institute Lucy Burns Museum

Kateqoriya:Feminizm ilə əlaqəli insanlar Kateqoriya:ABŞ feministləri Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:İrlandəsilli amerikalılar