Kerol Adams (; ) — amerikalı yazıçı, feminist və heyvan haqları müdafiəçisi. Adams, bir neçə kitabın, o cümlədən The Sexual Politics of Meat: A Feminist-Vegetarian Critical Theory (1990) və The Pornography of Meat (2004) kitablarının müəllifidir. O, xüsusilə qadınların və qeyri-insan yəni heyvanlarının istismar edilməsi arasındakı əlaqələrə dair nəzəriyyələri ilə tanınır. 2011-ci ildə Heyvan Haqları Şöhrət Zalına daxil edilmişdir.

Bioqrafiyası Kerol Adams 1951-ci ildə Nyu-Yorkda anadan olmuşdur. Kerol, feminist-veqan, vəkil, aktivist və müstəqil tədqiqatçıdır. Onun işi interseksional təzyiqlərin mədəni konstruksiyasını araşdırır. Adams gənc yaşlarında feminist və vətəndaş hüquqları müdafiəçisi olan anasının və Eri gölünün çirklənməsinə qarşı ilk məhkəmə işlərindən birində iştirak etmiş vəkil atasının təsiri altında formalaşıb. O, Nyu-York ştatının kiçik bir kəndi olan Forestvilldə böyümüşdür.

Bir sinfi atlayaraq məktəbdə kollec səviyyəsində ingilis dili dərsləri alan Adams, daha sonra Roçester Universitetində İngilis dili və Tarix ixtisası üzrə təhsil almışdır. Universitetdə qadın araşdırmaları kurslarını kataloqa əlavə etdirmişdir. 1972-ci ildə bakalavr dərəcəsini, 1976-cı ildə isə Yel Din Məktəbində magistr dərəcəsini almışdır. 1974-cü ildə Boston şəhərinə köçərək tanınmış feminist mütəfəkkir Meri Deyli ilə birlikdə işləmişdir. Adams bu dövrü belə xatırlayır: “Bu, maraqlı bir dövr idi – söhbətlər və qarşılıqlı tənqidlər… Mənim təkamül edən feminist-veqan baxışlarım və onun təkamül edən biofil fəlsəfəsi bəzən bir-biri ilə toqquşurdu.”

Adams ailəsinin ponisini ov zamanı ölü tapmasını və həmin axşam hamburger yeməsini xatırlayır., October 20, 2010. Bu hadisə onu düşündürüb ki, bir heyvanın ölümünə kədərlənib, digərini yemək riyakarlıqdır. Bu, onun vegetarian olmasına səbəb olmuşdur. O, heyvan etikası sahəsində feminist qayğı nəzəriyyəsinin pionerlərindən biridir. Adams, etik heyvan hüquqlarını müdafiə etməyə və digər fəallıq formaları ilə məşğul olmağa davam edir. Kerol, universitetlərdə mühazirələr oxuyur, kurslar keçir və sosial media vasitəsilə daha geniş auditoriyaya çatmağa çalışır. Son illərdə Adams Dallas, Texasda The Stewpot tərəfindən həyata keçirilən yenilikçi şəhər inkişafı layihəsində fəal iştirak edib.

Hazırda o, həmçinin Ceyn Ostin və Qayğıkeşlik mövzusunda bir kitab, həmçinin Towards a Philosophy of Care through Care adlı nəzəri avtobioqrafiya üzərində işləyir. Adams öz nəzəriyyələrini yaymaq üçün The Sexual Politics of Meat Slide Show təqdimatını göstərməyə davam edir. O, həmçinin Patti Breytman və Virciniya Messina ilə birlikdə Even Vegans Die kitabını tamamlayır. Adams deyir: “Mən həyatımda mümkün qədər az zərər vermək istəyirəm. Yer üzündə yüngül addımlarla gəzmək istəyirəm.” Onun həyatı boyu nailiyyətləri və məqsədləri bu fəlsəfəni əks etdirir.

Adams chooseveg.com tərəfindən "Tarix Yaradan 20 Qadın Veqan" siyahısına daxil edilmişdir. Bu siyahıya həmçinin Venus Vilyams (dünya çempionu tennisçi) və Ellen Deceneres (The Ellen DeGeneres Show-un aparıcısı) daxil idi. Kerol, Striking at the Roots: A Practical Guide to Animal Activism (2008) kitabına da məlumat təmin edən şəxslərdən biridir.

Şəxsi həyatı Adams 1970-ci illərin sonlarından 1987-ci ilə qədər Çatokua dairəsinin Kənd Təsərrüfatı İdarəsi təşkilatının icraçı direktoru olmuşdur. O, hazırda Texasda həyat yoldaşı, keşiş Bryus Byukenen ilə yaşayır və Dallasın ilk Presviterian Kilsəsinin üzvüdür.

Karyerası The Sexual Politics of Meat: A Feminist-Vegetarian Critical Theory Adams The Sexual Politics of Meat kitabında qadınların, xüsusilə çətin dövrlərdə, ən yaxşı hesab etdikləri ətin kişilərə verilməsi praktikasını araşdırır. O, feminizmlə vegetarianizm, patriarxiya ilə ət yeməyi arasındakı əlaqələri tarixi və ədəbi mətnlər üzərindən analiz edir. Kitabın əsas nəzəriyyələrindən biri yox olan istinad anlayışıdır.Adamsın fikrincə, bu anlayış insanların niyə ət yeməyə davam etdiyini və qadınların pornoqrafiyada obyektləşdirilməsini izah edir.

Adams patriarxal sistemi insanlarla heyvanlar arasındakı münasibətə bənzədir. O, ətin kişi üstünlüyünü ifadə etdiyini, patriarxal mədəniyyətin heyvanları sadəcə istehlak mənbəyi kimi gördüyünü bildirir. Kitabda, həmçinin, kişilərin heyvanlar üzərindəki hakimiyyət hissinin, qadınların cinsi obyekt kimi istismarına bənzədiyi vurğulanır.

Animals and Women: Feminist Theoretical Explorations Bu kitabda Adams qadınlara qarşı zorakılıq və təzyiqin heyvanların istismarı ilə birbaşa əlaqəli olduğunu irəli sürür. İnsanlar heyvanları aşağı statuslu varlıqlar kimi qəbul edir və onları istismar etməyi haqq qazandırır. Adamsa görə, kişilər qadınlara da oxşar münasibət göstərirlər. Onun nəzəriyyəsinə əsasən, patriarxal dil heyvanları və qadınları alçaldaraq onları təkcə fiziki varlıqlar kimi görməyə çalışır.

Fəaliyyəti və aktivizmi Adamsın fəallığı sosial ədalət, məişət zorakılığı, evsizlik, irqçilik və heyvanlara qarşı zorakılığa qarşı mübarizəni əhatə edir. Onun feminizmi hələ uşaqlıqda formalaşıb və universitetdə ilk Qadın Azadlığı Hərəkatı toplantısına qatıldıqdan sonra daha da dərinləşib. Kerol, feminist tarix araşdırmalarında vegetarianizmin feminist oyanışla əlaqəli olduğunu aşkar edib. Adams patriarxal etik sistemin zorakılığı normal və təbii saydığını, insan istisnaçılığını () gücləndirdiyini və digər canlıların təzyiq altında saxlanmasını davam etdirdiyini vurğulayır.

Kerol, aktivizminin yazı tərzinə təsir etdiyini bildirir: “Fəaliyyət göstərmək mənə başqalarının bu ideyaları necə təcrübədən keçirdiyini başa düşməyə kömək etdi.” 1970-ci illərdə o və həyat yoldaşı irqçiliyə qarşı mübarizə aparıblar. Onlar Nyu-Yorkun Dyunkerk şəhərində yaşayıb və azlıqlar üçün yaşayış şəraitini yaxşılaşdırmağa çalışıblar. Bu fəaliyyətlərinə görə təhdidlər alsalar da, mübarizədən əl çəkməyiblər. in

Sonralar Adams heyvan hüquqlarını dəstəkləməyə başlayıb və insanlara vegan qidalanmasını tanıtmağa çalışır. O, feminizə edilmiş protein () anlayışını təqdim edib, bu termin yumurta və süd məhsullarını təsvir edir, çünki bunlar bitki mənşəli proteinlərin dişi heyvanların reproduktiv dövrlərindən istifadə etməklə istehsal olunur.

Nəşrləri

The Sexual Politics of Meat: A Feminist-Vegetarian Critical Theory. Continuum, 1990. Ecofeminism and the Sacred. Continuum, 1993. Neither Man nor Beast: Feminism and the Defense of Animals. Continuum, 1994. Woman-battering: Creative pastoral care and counseling series. Fortress Press, 1994. with Marie M. Fortune. Violence against Women and Children: A Christian Theological Sourcebook. Continuum, 1995. with Josephine Donovan. Animals and women: Feminist theoretical explorations. Duke University Press, 1995. The inner art of vegetarianism: Spiritual practices for body and soul. Lantern Books, 2000. Journey to gameland: How to make a board game from your favorite children's book. Lantern Books, 2001. with Howard Williams. The Ethics of Diet: A Catena of Authorities Deprecatory of the Practice of Flesh-eating. University of Illinois Press, 2003. "Bitch, Chick, Cow: Women's and (Other) Animals' Rights" in Sisterhood Is Forever: The Women's Anthology for a New Millennium. Washington Square Press 2003. . Help! My child stopped eating meat!: An A-Z guide to surviving a conflict in diets. Continuum 2004. The Pornography of Meat. Continuum, 2004. Prayers for Animals. Continuum, 2004. God listens when you're sad: Prayers when your animal friend is sick or dies. Pilgrim Press, 2005. God listens to your love : prayers for living with animal friends. Pilgrim Press, 2005. God listens to your care : prayers for all the animals of the world. Pilgrim Press, 2006. with Douglas Buchanan and Kelly Gesch. Bedside, bathtub and armchair companion to Frankenstein. Continuum, 2007. The Feminist Care Tradition in Animal Ethics: A Reader. Columbia University Press, 2007. Edited by Carol J. Adams and Josephine Donovan. How to eat like a vegetarian even if you never want to be one: More than 250 shortcuts, strategies, and simple solutions. Lantern Books, 2008. Living among meat eaters: The vegetarians' survival handbook. Lantern Books, 2008. The foreword to Lisa Kemmerer's anthology Sister Species: Women, Animals, and Social Justice. University of Illinois Press, 2011. The foreword to Laura Wright's The Vegan Studies Project University of Georgia Press, 2015.

İstinadlar

Ədəbiyyat

Carol J. Adams' homepage *

"Ecofeminism and the Eating of Animals " Hypatia, No. 6, spring 1991, pp. 134–137. Abstract.

Song on Consolidated's album Friendly Fa$cism (MP3) Menaker, Daniel (2005-01-02) An Alt-Cabaret Diva, The New York Times. (Restricted access.) "Paralleling the elided relationship between metaphor and referent is the unacknowledged role of fragmentation in eating flesh", from The Sexual Politics of Meat p. 60 George, Lianne (2008-03-06) 'Go Veg! Get girls!' The war on compassion MikeyPod podcast interview with Carol J. Adams

Kateqoriya:Feminizm ilə əlaqəli insanlar Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:XXI əsr ABŞ qadınları