Culiya Styuart Barrou () — orta əsrlər və kilsə tarixi üzrə ixtisaslaşmış ingilis tarixçi və akademik; 2012-ci ildən bəri Lids Universitetində Orta əsr tədqiqatları üzrə professor vəzifəsində çalışır və 2012–2016-cı illərdə universitetin Orta Əsr Tədqiqatları İnstitutunun direktoru olub.

Həyatının erkən dövrü və təhsili Barrou 5 dekabr 1956-cı ildə İngiltərənin şimal-mərkəzi London şəhərində anadan olub. O, tarixçi professor Ceffri Barrou və həyat yoldaşı Hizer Elizabet Aqnes (Louni) ailəsində dünyaya gəlib.'BARROW, Prof. Julia Steuart', Who's Who 2017, A & C Black, an imprint of Bloomsbury Publishing plc, 2017; online edn, Oxford University Press, 2016; online edn, Nov 2016 accessed 27 Sept 2017 Təhsilini Nyukasl-apon-Tayn şəhərində yerləşən qızlar üçün özəl Vestfild məktəbində alıb. Daha sonra St Endryus Universitetində Orta əsrlər tarixi ixtisası üzrə təhsil alaraq 1978-ci ildə magistr dərəcəsi əldə edib. Ardınca Oksford Universitetində doktorantura təhsili alıb və 1983-cü ildə "Hereford yepiskopları və onların aktları (1163–1219)" mövzusunda doktorluq dissertasiyasını tamamlayaraq fəlsəfə doktoru dərəcəsi qazanıb.

Akademik fəaliyyəti Barrou 1982–1984-cü illərdə Şeffild Universitetində tədqiqatçı kimi çalışıb, 1984–1986-cı illərdə isə Aleksandr von Humboldt Fondunda tədqiqatçı olub. 1986–1989-cu illərdə Birminhem Universitetində Britaniya Akademiyasının postdoktoral tədqiqatçısı kimi fəaliyyət göstərib. 1989–1990-cı illərdə Çeşirin Viktoriya Dairə tarixi layihəsində işləyib. 1990–2012-ci illərdə Nottinqem Universitetində müəllim kimi fəaliyyət göstərib, 1999-cu ildə baş müəllim, 2004-cü ildə isə dosent vəzifəsinə yüksəlib. 2012-ci ildə Lids Universitetinə keçərək burada Orta əsr tədqiqatları üzrə professor və eyni zamanda Universitetin Orta Əsrlər Tədqiqatları İnstitutunun direktoru olub.

Barrou, Kral Tarix Cəmiyyətinin Şurasının üzvüdür. 2014-cü ildən etibarən Anqlo-Sakson Xartiyaları üzrə Birgə Komitənin üzvüdür. 2016-cı ildən "Northern History" jurnalının baş redaktorudur.

Fəxri adları və mükafatları 23 oktyabr 1997-ci ildə Barrou Londonun Antikvarlar Cəmiyyətinin üzvü seçilib. 2016-cı ilin iyul ayında o, Böyük Britaniyanın humanitar və sosial elmlər üzrə milli akademiyası olan Britaniya Akademiyasının üzvlüyünə qəbul edilib. O, həmçinin Kral Tarix Cəmiyyətinin üzvüdür. 2018-ci ildə isə Lids Universitetinin "Qadın Nailiyyətləri Şərəf Lövhəsi"nə daxil edilib.'Recognising Excellence: Our Women of Achievement 2018' (19 sentyabr 2018).

Seçilmiş əsərləri

Barrow, Julia; Wareham, Andrew, redaktorlar Myth, rulership, church and charters: essays in honour of Nicholas Brooks. Aldershot: Ashgate. 2007. ISBN 978-0754651208.

İstinadlar