Aza (əvvəlki adı: Yuxarı Aza) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd inzibati ərazi dairəsinin mərkəzi Yuxarı Aza kəndi Aza kəndi adlandırılmışdır.

Tarixi Aza Ordubad rayonunun Aza inzibati ərazi vahidində qəsəbə. Azərbaycanın ən qədim Şəhərlərindən olan Azanın adındandır. Bu Şəhər Culfa Şəhərinin 20 km.-liyində, Gilançayın sahilində idi. Müxtəlif mənbələrdə Aza, Azar, Azat, Azad adı ilə təqdim edilən bu obyekt kiçik Şəhər kimi təsvir olunur. Həmin Şəhərin yerində indi Aşağı və Yuxarı Aza adlı iki kənd var. Qədim türk dillərində aza "kiçik, kiçildilmış" mənalarında işlənmışdir. Beləliklə, Aza oykonimi "kiçik yaşayış məntəqəsi" deməkdir. Qəsəbənin yerləşdiyi ərazinin keçmiş adı Uluçaydır.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007..

Həmçinin bax Ordubad rayonu

İstinadlar

Kateqoriya:Ordubad rayonunun kəndləri