Çarlz Kristofer Uayt Cuniyor, Cr1TiKaL, MoistCr1TiKaL və ya penguinz0 — amerikalı youtuber və yayımçıdır. O, ən çox internet mədəniyyəti və video oyunları ilə bağlı şərh videoları və canlı yayımları ilə tanınır. Çarlzın internetdə paylaşdığı videolar onun monoton səsi, ağ köynəyi, donuq üzlə həyata keçirdiyi komedik üslubu, və uzun saçları ilə xarakterizə olunur, bu da ona "İnternetin İsası" ləqəbini qazandırmışdır. Bundan əlavə, Çarlz "Moist Esports" kiberidman təşkilatının həmtəsisçisi və sahiblərindən biri, "Shopify Rebellion" kiberidman təşkilatının sahiblərindən biri, həm də "Gentle Men" musiqi duetinin həmtəsisçisi və üzvüdür. 2014-cü ilə aid "Aclıq oyunları" filminin tək bir səhnəsində oynamışdır, 2022-ci ildən bəri onun "GodSlap" ("Tanrı şilləsi") komiksi yayımlanır.
İstinadlar
Kateqoriya:ABŞ səs aktyorları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1994-cü ildə doğulanlar Kateqoriya:YouTube Gümüş play düyməsi alanlar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:İnternet memləri