Bothrops jararacussu — İngilis dilində ümumi adı ilə "jararacussu", Cənubi Amerikaya endemik olan yüksək dərəcədə zəhərli bir çuxurbaş gürzə növü. Bu, Cənubi Amerikada ən qorxulan ilanlardan biridir və 2.2 metr (7.2 fut) uzunluğa qədər böyüyə bilər.
Təsvir və davranış "Jararacussu" kifayət qədər iri bir çuxurbaş gürzədir. 2.2 metr uzunluğa qədər böyüyür, möhkəm bədən və başa malikdir və çox aqressiv davranır. Bədən və başın rəngi olduqca dəyişkəndir, əsas rəng qəhvəyi, sarı və ya demək olar ki, qara ola bilər. Tünd və açıq rəngli pulcuqların naxışı bir sıra tünd qövs şəklindədir, bel xətti boyunca yerləşən ləkələr "x" hərfinə bənzəyir. Orta ölçülü gözləri və şaquli ellips şəkilli bəbəkləri var. Bel pulcuqları güclü şəkildə kələklidir. Onlar 2.5 sm uzunluğunda böyük dişlərə malikdir və çox miqdarda zəhər inyeksiya edə bilər. Adətən amfibiyalar və gəmiricilərlə qidalanır. Yumurta saxlayan növdür və yağış mövsümündə 16–20 arasında bala doğur. Əsasən gündüz və gecə fəaldırlar, adətən səhər günəşində istilənir və gecə ov etmək üçün çıxırlar.
Həmçinin bax Bothrops alternatus
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1884-cü ildə təsvir edilən sürünənlər