İlham Əliyev — Azərbaycan Respublikasının 4-cü prezidenti. Onun prezidentliyi 2003-cü ildə başlayıb. Daha sonra İlham Əliyev dörd dəfə — 2008, 2013, 2018 və 2024-cü illərdə ölkə prezidenti seçilib.
Prezident seçkiləri
2003-cü ildə Azərbaycanda Prezident seçkiləri 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikası tarixində beşinci prezident seçkiləri keçirildi. Həmin ilin iyul ayında Mərkəzi Seçki Komissiyası o vaxt ikinci müddətdə prezidentlik edən Heydər Əliyevin namizədliyini qeydə alıb. İlham Əliyev də öz namizədliyini irəli sürüb. Əliyevlərdən başqa, müxalifətdə olan Müsavat Partiyasının lideri İsa Qəmbər, Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov, Milli Birlik Partiyasının sədri Lalə Şövkət, Ədalət Partiyasından İlyas İsmayılov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Azərbaycan Xalq Cəbhəsi Partiyasınından Qüdrət Həsənquliyev və Müasir Müsavat Partiyasından Hafiz Hacıyev iştirak ediblər.
Oktyabrın 2-də Heydər Əliyev səhhətinə görə İlham Əliyevin xeyrinə namizədliyini geri götürüb. İlham Əliyev seçkilərdə qalib gəldi. Bu barədə oktyabrın 28-də Azərbaycan Konstitusiya Məhkəməsi rəsmi elan etdi.
NamizədSəslərin sayı İlham Əliyev1,860,346 (76.84 %)İsa Qəmbər 372,385 (13.97 %)Lalə Şövkət 100,558 (3.62 %) 2003-cü il oktyabrın 31-də Respublika sarayında İlham Əliyevin andiçmə mərasimi keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatları, siyasi partiyaların, ictimai təşkilatların nümayəndələri, hərbi qulluqçular, din xadimləri, eləcə də xarici ölkələrin nümayəndələri — Gürcüstan prezidenti Eduard Şevardnadze, Rusiya Federasiya şurasının sədri Sergey Mironov, Türkiyə baş nazirinin müavini Əbdülətif Şənər, İranın vitse-prezidenti Məhəmmədəli Abtahi və Ukraynanın baş naziri Viktor Yanukoviç iştirak ediblər.
2008-ci ildə Azərbaycanda Prezident seçkiləri 2008-ci ildə Azərbaycanda prezident seçkiləri oktyabrın 16-da keçirildi. Səsvermə 6 partiyadan 7 namizəd (1 müstəqil namizəd) arasında keçirilmişdir: hakim Yeni Azərbaycan Partiyasından İlham Əliyev, Ümid Partiyasından İqbal Ağazadə, Böyük Quruluş Partiyasından Fazil Qəzənfəroğlu, Azərbaycan Xalq Cəbhəsi partiyasından Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasından Hafiz Hacıyev, Liberal Demokrat Partiyasından Fuad Əliyev və müstəqil namizəd Qulamseyn Əlibəyli.
Səsvermə zamanı İlham Əliyev 82,6-85,7% səs toplayıb. Azərbaycanda keçirilən Prezident seçkilərində İlham Əliyev 88,73 % səslə qalib gəldi. NamizədSəslərin sayı İlham Əliyev88,73 % İqbal Ağazadə 2,86 %Fazil Qəzənfəroğlu 2,47 % 2008-ci il oktyabrın 24-də Heydər Əliyev adına sarayda, oktyabrın 15-də ümumxalq səsvermə nəticəsində ikinci müddətə Prezident seçilən İlham Əliyevin andiçmə mərasimi keçirildi. Mərasimdə dövlət başçısı ötən 5 ildə görülən işlərdən, eləcə də növbəti 5 il üçün nəzərdə tutulan planlardan danışdı.Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Andiçmə mərasimində nitqi - Heydər Əliyev sarayı, 24 oktyabr 2008-ci il Tədbirdə Azərbaycanın digər partiyalarının nümayəndələri, Gürcüstan Prezidenti Mixail Saakaşvili, Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin, Türkiyə Baş nazirinin müavini Cəmil Çiçək və digər xarici nümayəndələr iştirak ediblər.
2013-cü ildə Azərbaycanda Prezident seçkiləri 2013-cü il oktyabrın 9-da Azərbaycanda 7-ci Prezident seçkiləri keçirildi. 21 namizəd var idi, lakin onlardan yalnız 10-u rəsmi qeydiyyatdan keçmişdir: Yeni Azərbaycan Partiyasından İlham Əliyev, Demokratik Qüvvələrin Milli Şurasından Cəmil Həsənli, Müasir Müsavat Partiyasından Hafiz Hacıyev, Ümid Partiyasından İqbal Ağazadə, Ədalət Partiyasından İlyas İsmayılov, Milli Dirçəliş Hərəkatı Partiyasından Fərəc Quliyev, Azərbaycan Xalq Cəbhəsi Partiyasından Qüdrət Həsənquliyev, Azərbaycan Sosial Demokrat Partiyasından Araz Əlizadə, Azərbaycan Demokrat Partiyasından Sərdar Məmmədov və müstəqil namizəd Zahid Oruc.
Mərkəzi Seçki Komissiyası ilk dəfə olaraq televiziya və radioda pulsuz təbliğat aparmaq imkanının yaradılması barədə qərar qəbul edib. Namizədlər həftədə 6 saat (hər biri 3 saat televiziya və radioda), həftənin cüt günlərində isə bir saat “dəyirmi masa”da müzakirələr aparıblar. Ölkənin hazırkı prezidenti İlham Əliyev bütün səslərin 84,54%-ni toplayaraq seçkilərdə qalib gəldi. NamizədSəslərin sayıİlham Əliyev3,126,113 (84.54 %) Cəmil Həsənli 204, 642 (5.53 %)İqbal Ağazadə 88, 723 (2.40 %) 19 oktyabr 2013-cü il tarixində Azərbaycan Milli Məclisində İlham Əliyevin andiçmə mərasimi keçirilmişdir. O, oktyabrın 9-da keçirilən səsvermənin nəticələrinə əsasən Azərbaycan Prezidenti seçildi.
2018-ci ildə Azərbaycanda Prezident seçkiləri 2018-ci il aprelin 11-də həmin ilin oktyabrında keçirilməli olan, lakin Prezidentin 5 fevral 2018-ci il tarixli sərəncamı ilə təxirə salınan növbədənkənar prezident seçkiləri keçirildi. İlham Əliyev növbədənkənar prezident seçkilərində 86,22 % səslə qalib gəldi. NamizədSəslərin sayıİlham Əliyev3, 192, 252 (86,22 %) Zahid Oruc 115, 462 (3,11 %)Qüdrət Həsənquliyev 112, 915 (3,05 %) Aprelin 18-də Azərbaycan dövlətinin rəsmilərinin, hökumət üzvlərinin, parlament üzvlərinin və Prezidentin ailə üzvlərinin iştirakı ilə Azərbaycan Parlamentinin binasında yenidən seçilmiş prezidentin andiçmə mərasimi keçirildi. Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub
2019-cu ildə Fransanın “OpinionWay” tədqiqat institutu Azərbaycan xalqı arasında son prezident seçkilərindən sonrakı bir il ərzində ölkədə baş verən proseslərə toxunan sorğu keçirib. Sorğunun nəticələrinə görə, iştirakçıların 85%-dən çoxu İlham Əliyevin fəaliyyəti haqqında müsbət fikir bildirib.
2024-cü ildə Azərbaycanda Prezident seçkiləri
2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirildi.
Seçki Məcəlləsi və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən son seçkidən 7 il sonra, yəni 2025-ci ildə növbəti prezident seçkilərinin keçirilməsi gözlənilirdi, lakin Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 7 dekabr 2023-cü il tarixli sərəncamla Azərbaycanda növbədənkənar prezident seçkiləri günü 7 fevral 2024-cü il olaraq təyin olunub. Bu seçkilər sayca 3-cü növbədənkənar prezident seçkiləri olmuşdur. Həmçinin, Qarabağın işğaldan azad olunmasına görə ilk dəfə prezident seçkiləri bütün ölkə ərazisində keçirilmişdir. Belə ki, işğaldan azad edilmiş ərazilərdə yaradılmış seçki məntəqələrində 20 min seçici səsvermədə iştirak edə bilmişdir. 19 dekabr 2023-cü ildə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iclasında alınan qərarla işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi yaradılmışdır.
8 dekabr 2023-cü ildə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. İclasda növbədənkənar prezident seçkilərinin 7 fevral 2024-cü ildə keçirilməsi qərara alınmışdır. Prezidentliyə namizədlər - İlham Əliyev (Yeni Azərbaycan Partiyası), Zahid Oruc (bitərəf), Fazil Mustafa (Böyük Qurtuluş Partiyası), Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası), Razi Nurullayev (Milli Cəbhə Partiyası), Elşad Musayev (Böyük Azərbaycan Partiyası), Fuad Əliyev (bitərəf).
NamizədSəslərin sayıİlham Əliyev4 577 693 (92.12 %) Zahid Oruc 107 877 (2.17 %)Fazil Mustafa 98 623 (1.98 %) 92,12% səs toplayaraq İlham Əliyev 5-ci dəfə, 7 il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçildi. Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi.
Prezident İlham Əliyevin andiçmə mərasimi
Daxili siyasəti
Prezident vəzifəsinin icrasına başlayan İlham Əliyev ölkənin hərtərəfli inkişafını öz üzərinə götürməyə başladı. İmzalanan ilk sənədlərdən biri “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında”, habelə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” sərəncam olmuşdur. İkinci sənəd çərçivəsində proqramın birinci ilində 27 iri və orta müəssisə açılıb, 135 mindən çox iş yeri yaradılıb.. 2004-cü ildə neft sektorundan əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına istiqamətlənməsini nəzərdə tutan “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya (2005-2025-ci illər)” qanununu təsdiq edib.
2005-ci il oktyabrın 26-da iqtisadi cəhətdən güclü cəmiyyət qurmaq üçün bütün imkanlardan, yəni əmək resurslarından səmərəli istifadəni nəzərdə tutan “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”ın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır.[ https://migration.gov.az/content/pdf/453021c8ed7a5bf9dde7a2feaa51bea4.pdf ʺAzərbaycan Respublikasının məşğulluq strategiyasının (2006‐2015‐ci illər)ʺ təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI]
Prezident İlham Əliyev 2006-cı il yanvarın 19-da məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi haqqında fərman imzalayıb. Bu fərman çərçivəsində regionlarda yeni məhkəmələr, o cümlədən 6 rayonda yeni apellyasiya məhkəmələri yaradılıb. Regional apellyasiya məhkəmələri 4 kollegiyadan ibarətdir: mülki, cinayət, hərbi və inzibati-iqtisadi.
2007-ci ildə İlham Əliyev məhkum olunmuş bir sıra şəxslərin əfv edilməsi haqqında fərman imzalayıb, nəticədə 200-dən çox məhbus azadlığa çıxıb və ya cəzaları yüngülləşdirilib.
İlham Əliyev "BMT-nin Minilliyin İnkişaf" məqsədlərinə istinad edərək 2008-ci il sentyabrın 15-də “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
2009-cu ildə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nı təsdiqləmişdir. Bu proqram sahibkarlıq fəaliyyətinin genişləndirilməsində və müvafiq olaraq yeni iş yerlərinin açılmasında mühüm rol oynamışdır. Bu proqram əhalinin rifahının yaxşılaşdırılması və yoxsulluğun səviyyəsinin azaldılması məqsədi daşıyırdı. 2011-ci ildə Azərbaycanda 5,1 min yeni müəssisə, 72,4 min daimi iş yeri açılıb. Proqram çərçivəsində infrastruktur inkişaf etdirilib: regionlarda 18 yeni körpü və tunel tikilib, ümumilikdə 600 km-dən çox yol təmir edilərək tikilib. Proqrama ölkə regionlarının elektrik enerjisi, qaz və istilik təchizatı da daxil edilib. Azərbaycanda ilk dəfə olaraq Qobustan rayonunda eksperimental hibrid sınaq poliqonu tikilərək istifadəyə verilib. Prezident 2011-ci il aprelin 8-də “Əhalinin içməli su və kanalizasiya xidmətlərinə görə borclarının silinməsi haqqında” fərman imzalayıb və nəticədə əhalinin 294,2 milyon manat borcları silinib.
Prezidentin 2010-cu il 11 avqust tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafına dair 2010-2012-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.
2011-ci il noyabrın 15-də “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)” proqramı çərçivəsində ikinci mərhələdə olan “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair Dövlət Proqramı (2011-2015-ci illər)”nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır.
2012-ci il fevralın 28-də Bakıda “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir. İlham Əliyev konfransda iştirak edib. Müzakirələr zamanı əldə olunmuş məqsədlər və proqramın hazırlanması və həyata keçirilməsinə gələcək yardım planları qeyd edilib.