İrpen körpüsü () — Kiyev vilayətində, beynəlxalq əhəmiyyətli Kiyev – Kovel – Yaqodin М07 avtomagistralı üzərində yerləşən körpü. Buça, İrpen və Qostomelin əraziilərinin birləşdiyi bölgədə yerləşir.
Tarix Körpü 1958–1959-cu illərdə tikilib istifadəyə verilir. O zaman onun eni 7 metr təşkil edir. 2010-cu ildə körpünün əsaslı təmiri başa çatır. 2010-cu il sentyabrın 9-da yenidən qurulan körpü keçidinin açılışı olur. Körpünün əsaslı təmiri layihəsini "Ukrgiprodor" Dövlət Müəssisəsi İnstitutu hazırlayırIR, təmir-tikinti işlərini isə Kiyev "MBU-33" QSC həyata keçirir.
Rusiya-Ukrayna müharibəsi 25 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanı Kiyev uğrunda gedən müdafiə döyüşlərində İrpen şəhərinin meri Aleksandr Markuşin bildirir ki, Novoirpinskaya şossesində, Qostomeldə Varşava şossesi boyunca və Demidovda körpülər partladılıb (İrpen çayı boyunca). Körpülər müharibənin elə ilk günlərində partladılır. Bu addım Rusiya qoşunlarının Kiyev istiqamətində irəliləməsinin qarşısının alınmasında, böyük rol oynayıb.
2022-ci ilin oktyabrında "Balbek bureau" şirkəti İrpen yaxınlığında dağılmış körpünün ətrafında memorial tarixi-memarlıq kompleksi konsepsiyasını təqdim etdir — "Açıq qırıq".
Texniki xüsusiyyətləri Yeni körpü 140 m uzunluğa malikdir. Körpünün bəsas parametrləri birinci dərəcəli avtomagistralın parametrlərinə uyğundur.
Körpünün eni 9,5 m təşkil edir. Körpü yaşayış məntəqəsi ərazisində yerləşdiyindən səki və işıqlandırma ilə təmin olunub.
Körpünün əsaslı təmiri zamanı müasir davamlı konstruksiyalardan və materiallardan istifadə olunub.
Körpü üzərində günlük keçid intensivliyi 25 min avtomobil təşkil edir.
İstinadlar
Mənbələr "У Бучі збудовано міст". Вісті Київщини, № 18, вересень 2010, стор.4
Xarici keçidlər
Kateqoriya:Ukraynadakı körpülər