Misir kobrası (Naja haje) — Şimali Afrikanın ən zəhərli ilan növlərindən biri.

Taksonomiya "Naja haje" ilk dəfə 1758-ci ildə İsveç zooloqu Karl Linney tərəfindən təsvir edilmişdir. "Naja" cins adı sanskrit dilindəki "nāgá" (नाग) sözünün latınlaşdırılmış formasıdır və "kobra" mənasını verir. "Haje" epiteti ərəb dilindəki "ḥayya" (حية) sözündən götürülmüşdür və mənası "ilan"dır. Burunlu kobra ("Naja annulifera") və "Naja anchietae" əvvəllər "Naja haje"-nin yarımnövləri hesab edilirdi, lakin sonradən ayrı növlər olduğu müəyyən edilmişdir. Ərəbistan populyasiyaları uzun müddət ayrı yarımnöv, "Naja haje arabica" kimi tanınırdı, Mərakeşdən olan qara populyasiyalar isə bəzən "Naja haje legionis" kimi qəbul edilirdi. Son tədqiqatlar göstərdi ki, Ərəbistan kobra ayrı bir növ, "Naja arabica" təşkil edir, "legionis" yarımnövü isə "N. haje" ilə sinonimləşdirilmişdir. Eyni tədqiqat həmçinin Qərbi Afrika savanna populyasiyalarını ayrı bir növ kimi müəyyən etdi və onu "Naja senegalensis" adlandırdı.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1758-ci ildə təsvir edilən sürünənlər Kateqoriya:Afrika ilanları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları