Naja sagittifera — "Andaman kobrası" və ya "Andaman tüpürən kobrası" olaraq da bilinən, Hindistanın Andaman adalarına endemik olan bir kobra növü. Bu kobranın adı adalardan gəlir. Bu növün çox güclü bir zəhəri var və "tüpürmə" qabiliyyətinə malikdir, baxmayaraq ki, bu müdafiə davranışı çox nadirdir və nişanı zəifdir və "əsl tüpürən kobralar" qədər effektiv deyil.
Taksonomiya
"Naja sagittifera", Aspidlər (Elapidae) fəsiləsinin "Naja" cinsinə aiddir. İlk dəfə 1913-cü ildə İngilis həkimi və herpetoloqu Frank Vol tərəfindən təsvir edilmişdir. "Naja" cins adı, "kobra" mənasını verən Sanskrit sözü "nāgá"-nın (नाग) latınlaşdırılmasıdır. "Sagittifera" xüsusi epiteti latıncadır və "ox daşıyan" mənasını verir. "Xəzər kobrası" (Naja oxiana) və "Monokl kobrası" (Naja kaouthia), "Naja sagittifera"-nın bacı kladları olduğu nümayiş etdirilmişdir. Diqqətəlayiqdir ki, Hinduquş dağları tərəfindən yaranan populyasiya ayrılığına baxmayaraq, "N. oxiana" tək bir təkamül xəttini nümayiş etdirir ki, bu da tarixi sürətli diapazonun genişlənməsini göstərir. "N. oxiana", "N. kaouthia" və "N. sagittifera"-dan fərqli olaraq tüpürməyən bir növdür.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1913-cü ildə təsvir edilən sürünənlər Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Hindistan sürünənləri