IV Françesko Qonzaqa (; ) — V Mantuya hersoqu.
1586-cı ildə dünyaya gəldi. Atası Mantuya hersoqu I Vinçenzo Qonzaqa, anası isə Böyük Toskana hersoqu I Françeskonun qızı Elyanora Mediçidir. 1608-ci ildə Turində Savoyya hersoqu I Karl Emmanuilin qızı Marqarita ilə evləndi. Cütlüyün bu nigahdan 3 övladı dünyaya gəlsə də, yalnız böyük qızı yetkinlik yaşına çatdı.
Mariya, Monferrat hersoginası Lüdovik (1611-1612) Elyanora (1612)
Atasının vəfatından sonra 1612-ci ildə taxta çıxdı. Ancaq səltənəti cəmi 10 ay davam etdi. Belə ki, bölgədə yayılan çiçək epidemiyası öncə 2 övladının, ardından isə özünün ölümünə səbəb oldu. Ölümünün ardından qardaşı Ferdinand taxta çıxsa da, qaynatası olan Savoyya hersoqu I Karl Emmanuil buna qarşı çıxdı və beləcə, Monferrat tacı uğrunda taxt mübarizəsi başladı.
Mənbə
İstinadlar
Kateqoriya:XVI əsr İtaliya zadəganları Kateqoriya:Qonzaqa sülaləsi