Ditaji Kambundji (; ) — qısa məsafələrə maneələrlə qaçışda ixtisaslaşmış isveçrəli yüngül atlet. 2022 və 2024-cü illərdə keçirilmiş Avropa çempionatının medalçısı, 2025-ci il qapalı məkanda Avropa çempionu. 2020 və 2024-cü illər Yay Olimpiya Oyunlarının iştirakçısı. Həyatı Ditadji Kambundji 20 may 2002-ci ildə Berndə anadan olub. Onun atası konqolu Savuki, anası isə isveçrəli anası Rutdur. O, ailədə dörd uşağın sonuncusudur. Onun böyük bacısı isveçrəli yüngül atlet, sprinter Mujinqa Kambundjidir.
Ditaji uşaqlıq illərini yüngül atletika klubunda keçirib. Maneələrlə qaçışa keçməzdən əvvəl müxtəlif sahələri sınayıb.
Bağçılıq və bitkilərə qulluq etmək, həm Ditaji, həm də Mujinqanın hobbisidir.
İdman karyerası Ditaji 2018-ci ildə Buenos-Ayresdə keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında iştirak edib və 100 metr məsafəyə maneələrlə qaçışda 14-cü yeri tutub.
2021-ci ildə Tokioda keçirilən Yay Olimpiya Oyunlarında iştirak edib. 100 metr məsafəyə maneələrlə qaçışda o, 13.17 nəticə ilə 33-cü olmağı bacarıb.
2022-ci ildə ABŞ-də keçirilən Dünya çempionatında iştirak edərək, yarımfinal yarışlarında mübarizə aparıb. Münhendə keçirilən Avropa çempionatında isə 12,74 nəticə ilə üçüncü yeri tutub.
2023-cü ildə 60 m maneələrlə qaçışda 7.00 saniyə nəticə ilə İstanbulda qapalı məkanda keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
2024-cü ilin iyununda Romada keçirilən Atletika üzrə Avropa çempionatında o, 100 metr məsafəyə maneələrlə qaçışda 12,40 saniyə nəticə ilə gümüş medal qazandı ki, bu da 23 yaşa qədər idmançılar arasında Avropa rekordu idi.
Nailiyyətləri 100 m maneələrlə qaçışda İsveçrə çempionu - 2020, 2021, 2023; Qapalı məkanda 60 m maneələrlə qaçış üzrə İsveçrə çempionu - 2021, 2022, 2023.
İstinadlar
Xarici keçidlər Rəsmi veb səhifəsi
Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:Yüngül atletika üzrə Avropa çempionları Kateqoriya:Yüngül atletika üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında yüngül atletlər