Boz qaya şəlaləsi — Azərbaycan Respublikasının Şəki rayonu ərazisində, Böyük Qoruq dağlarının şimal yamacında yerləşən təbii şəlalədir. Şəlalə 2025-ci ilin may ayında AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev tərəfindən qeydə alınmış və elmi ictimaiyyətə təqdim edilmişdir.

Haqqında

Coğrafi mövqeyi Şəlalə Şəki rayonunun Şin kəndindən hava xətti ilə təxminən 7.3 km şimal-şərqdə, dəniz səviyyəsindən 1590 metr yüksəklikdə yerləşir. Onun koordinatları 41°23′24″ N, 47°10′51″ E-dir. Şəlalə Bırkaş dərəsində, Salavat aşırımı ilə Böyük Qoruq dağları arasında yerləşən ərazidə yerləşir.

Fiziki xüsusiyyətləri Boz qaya şəlaləsinin hündürlüyü 18 metr, eni isə 1.05 metrdir. Şəlalənin yerləşdiyi ərazi boz qayalıq relyefə malik olduğu üçün tədqiqatçı Elvin Qarayev tərəfindən "Boz qaya şəlaləsi" adı verilmişdir. Ərazi həmçinin kanyonvari dərələrlə, 2500-2700 metr yüksəklikdə dağlarla və zəngin meşə landşaftı ilə əhatələnmişdir.

Elmi tədqiqatlar 2025-ci ilin may ayının əvvəllərində aparılmış ekoloji monitorinq zamanı bölgədə çay yatağında gətirmə konuslarının həcminin artdığı və suyun səviyyəsinin yüksəldiyi qeydə alınmışdır. Boz qaya şəlaləsinin suyundan nümunələr götürülərək AMEA-nın Şəki REM laboratoriyalarında analiz edilmişdir. Su nümunəsinin temperaturu 18,9°C, pH göstəricisi isə 8.36 olaraq müəyyənləşdirilmişdir. İstinadlar

Kateqoriya:Azərbaycan şəlalələri Kateqoriya:Şəki