Cardellina canadensis (Kanada alaçöhrəsi) — "Yeni Dünya" alaçöhrələri fəsiləsinə (Parulidae) aid olan kiçik bir oxuyan quş növüdür. Yay aylarını Kanada və ABŞ-nin şimal-şərqində, qışı isə Cənubi Amerikanın şimal hissəsində keçirir.
Taksonomiya
1760-cı ildə fransız zooloq Matüren-Jak Brisson Kanada alaçöhrəsinin təsvirini "Ornithologie" əsərində daxil etdi. O, fransızca "Le gobe-mouche cendré de Canada" və latınca "Muscicapa Canadensis Cinerea" adlarından istifadə etdi. The two stars (**) at the start of the section indicates that Brisson based his description on the examination of a specimen. Brisson latınca adlar yaratsa da, bu adlar binomial sistemə uyğun deyildi və "Beynəlxalq Zooloji Nomenklatura Komissiyası" tərəfindən tanınmadı. 1766-cı ildə isveçli təbiətşünas Karl Linney özünün "Systema Naturae" əsərinin 12-ci nəşrini yeniləyərkən, Brisson tərəfindən əvvəlcə təsvir edilmiş 240 növü daxil etdi. Bunlardan biri də Kanada alaçöhrəsi idi. Linney qısa bir təsvir verdi, "Muscicapa canadensis" binomial adını təqdim etdi və Brissonun əsərinə istinad etdi. Növ hazırda "Cardellina" cinsinə daxildir, bu cins 1850-ci ildə fransız təbiətşünası Şarl Lüsyen Bonapart tərəfindən təqdim edilmişdir. Növ monotipikdir, yəni heç bir yarımnövü yoxdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Appalaç quşları Kateqoriya:Cənubi Amerika quşları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1766-cı ildə təsvir edilən quşlar