Əkrəm Gürel — türk bioloq, professor, İğdır Universitetinin rektoru.
Həyatı Əkrəm Gürel 16 iyun 1969-cu ildə anadan olub. 1987-ci ildə Ankara Universitetinin Kənd təsərrüfatı fakültəsinin Tarla bitkiləri bölümünü bitirib. Elə həmin il magistratura oxumadan birbaşa İngiltərənin Lids Universitetinin təqaüdlü doktorantura proqramını qazanıb və 1992-ci ildə bitirib.
1992–1995-ci illərdə “Türkiyə Şəkər Fabrikaları A.Ş.”-nin Şəkər İnstitutunda çalışdıqdan sonra Bolu Abant İzzət Baysal Universitetinin Fənn-ədəbiyyat fakültəsinin Biologiya bölümündə fəaliyyətinə davam edib. 1998-ci ildə dosent, 2004-cü ildə professor olub. 2023-cü ildən adı çəkilən fakültənin dekanı idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə 2025-ci ildə İğdır Universitetinin rektoru təyin edilib.
İstinadlar