Zoran Naskoviç (; ) — Yuqoslaviya və Serbiya hərbçisi, Serbiya Silahlı Qüvvələrinin general-mayoru. O, 2024-cü ildən bəri Serbiya Silahlı Qüvvələrinin Təlim Komandanlığının komandiri kimi xidmət edir. Naskoviç və Serbiya Quru Qoşunlarının 1-ci briqadasının keçmiş komandiri olmuşdur.
Həyatı Zoran Naskoviç 5 iyul 1971-ci ildə Kosovska-Kamenitsa şəhərində anadan olmuşdur. O, 1994-cü ildə Quru Qoşunları Hərbi Akademiyasını (tank-mexanikləşdirilmiş bölmələr fakültəsi) bitirmiş, 2006-cı ildə komanda-qərargah heyətinin təkmilləşdirmə kurslarını, 2012-ci ildə Baş Qərargah üzrə təkmilləşdirmə kurslarını və 2021-ci ildə təhlükəsizlik və müdafiə üzrə ali kursları başa vurmuşdur.
Naskoviç 1994-cü ildən Yuqoslaviya Federativ Respublikası Silahlı Qüvvələrində, 2003-cü ildən Serbiya və Monteneqro Silahlı Qüvvələrində, 2006-cı ildən isə Serbiya Silahlı Qüvvələrində xidmət etmişdir. O, Uroşevatsda yerləşən 243-cü mexanikləşdirilmiş briqadanın tərkibində tank tağımına, mexanikləşdirilmiş tağıma, mexanikləşdirilmiş bölüyə və mexanikləşdirilmiş batalyona komandanlıq etmişdir. Naskoviç 78-ci motoatıcı briqadanın mexanikləşdirilmiş batalyonuna rəhbərlik etmiş, 211-ci tank briqadasında əməliyyat məsələləri şöbəsinin rəisi olmuşdur. O, 2001-ci ildə Yuqoslaviya Federativ Respublikasının cənubunda yerləşən ərazilərində, Kosovo ilə sərhəd bölgələrdə baş tutmuş döyüşlərdə iştirak etmişdir.
Naskoviç Serbiya Silahlı Qüvvələri yaradılandan sonra 3-cü briqadanın qərargah rəisi, 4-cü briqadanın komandir müavini və Serbiya Quru Qoşunlarının əməliyyat məsələləri üzrə komandir köməkçisi vəzifələrində çalışmışdır. O, 2024-cü ilin aprelinə qədər Serbiya Silahlı Qüvvələrinin 1-ci briqadasının komandiri olmuşdur.
Naskoviç 4 aprel 2024-cü ildə Serbiya Silahlı Qüvvələrinin Təlim Komandanlığının komandiri təyin edilmişdir.
Mükafatlar Zoran Naskoviç aşağıdakı orden və medallarla təltif edilmişdir:
III dərəcəli "Müdafiə və təhlükəsizlik sahəsində xidmətlərə görə" ordeni (2001) III dərəcəli "Müdafiə və təhlükəsizlikdə xidmətlərə görə" ordeni (2017) "Xidmətlərə görə" qızıl medal (Serbiya) (2015) "Yuqoslaviya İttifaq Respublikası ərazisində döyüş əməliyyatları iştirakçısı" medalı (2015) "Sosialist Yuqoslaviya Federativ Respublikası ərazisində döyüş əməliyyatları iştirakçısı" medalı (2015) "20 illik səylə xidmətə görə" medalı (2016) “Səylə xidmətə görə” gümüş medal (2016) "Serbiya Silahlı Qüvvələrinin yubiley" medalı (2016) "Hərbi xidmətdə görkəmli nailiyyətlərə görə" zabit medalı (2019) "NATO təcavüzündən Vətənin müdafiəsinin 20 illiyi xatirə" medalı (2019)
Rütbələr +Verilən hərbi rütbələrPodporuçikLeytenantKapitanBaş kapitanMayorPodpolkovnikPolkovnikBriqada generalıGeneral-mayor40px40px40px40px40px40px40px40px40px199419971999200120052008201320192024
Mənbə İstinadlar
Ədəbiyyat
Kateqoriya:Serbiya generalları