Leontopithecus caissara — Callitrichidae fəsiləsinə aid kiçik Yeni Dünya meymunu. Bu meymun ümumilikdə qızılı-narıncı rəngdədir, lakin başı, ayaqları və quyruğu qaradır.Russell A. Mittermeier et al. Primates in Peril: The World's 25 Most Endangered Primates, 2004–2006 "Primate Conservation" 2006

Taksanomiya Qaraüzlü şir tamarini 1990-cı ilə qədər tanınmamışdı, o zaman iki braziliyalı tədqiqatçı, Maria Lucia Lorini və Vanessa Persson, Parana ştatının Superagui adasından olan fərdlər əsasında onu təsvir etdilər. Qısa müddət sonra Parana ştatının bitişik qitə hissəsində və San-Paulo ştatının cənubunda əlavə populyasiyalar aşkar edildi.Kleiman, Devra G. and Jeremy J.C. Mallinson. (Feb. 1998). Recovery and Management Committees for Lion Tamarins: Partnerships in Conservation Planning and Implementation. Society for Conservation Biology. Növün elmi adı olan "caissara", Superagui adasının yerli əhalisi olan kaikaralara istinad edir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Cənubi Amerika məməliləri Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər