Leonlu Tereza (; ) — Kastiliya və Leon kralı VI Alfonsonun nigahdan kənar qızı, Portuqaliya qrafinyası.
Həyatı Təxminən 1080-ci ildə dünyaya gəldi. Atası Kastiliya və Leon kralı VI Alfonso, anası isə onun məşuqələrindən Jimena Munozdur. 1096-cı ildə fransız əsilli zadəgan Burqundiyalı Henriylə evləndirildi. Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi.
Urraka (1095-1173) Sança (1097-1163) Tereza (1098) Afonso, Portuqaliya kralı
Toy hədiyyəsi olaraq cütlük Leon krallığının tabeliyindəki Portuqaliya qraflığına yüksəldi. 1096-1112-ci illər boyunca əriylə birlikdə bögənin idarəsini əlində topladı. 1112-ci ildə ərinin ölümüylə 3 yaşlı oğlunun naibəsi olaraq bölgənin idarəsində əlində saxladı. Zaman keçdikcə muxtariyyət qazanmağa başlasa da, sevgilisi Fernando Perez de Trava ilə birlikdə dövləti idarə etməsi yerli zadəganların narazılığına səbəb olmuşdu. 1120-ci illərin sonlarında oğluyla münasibətləri pisləşdi. 1128-ci ildə baş tutan döyüşdə oğlunun dəstəkçiləri tərəfindən məğlub edildi və siyasətdən kənarlaşdırıldı. 1130-cu ildə Qalisiyada vəfat etdi.
Mənbə
Ədəbiyyat
Kateqoriya:Portuqaliya qrafları Kateqoriya:XI əsr qadınları Kateqoriya:XII əsr Avropa hökmdarları