Bəxtiyar İslam oğlu Soltanov () — keçmiş azərbaycanlı futbolçu, hücumçu mövqeyində çıxış edib. 2019-cu ildə peşəkar futbolçu karyerasını başa vurub.

Karyerası Klub 2007-ci ildən etibarən Azərbaycan Premyer Liqasının “Bakı” klubunun şərəfini qoruyub. Komandada 27 nömrə altında çıxış edib. 2008/09 mövsümünün sonunda vurduğu 7 qolla Azərbaycanın ən yaxşı bombardirləri siyahısında 9-cu yeri tutub.Лучшие бомбардиры чемпионата Азербайджана. "Bakı" komandasının heyətində üç UEFA Çempionlar Liqası və iki UEFA Avropa Liqası oyununda iştirak edib. 2012-ci ilin yayında “Kəpəz” klubuna keçib.

Milli komanda Azərbaycanın U-17 yığmasının heyətində çıxış edərkən Baxtiyar Soltanov 2006-cı il Avropa çempionatının seçmə mərhələsinin son turu çərçivəsində 30 oktyabr 2005-ci ildə Ermənistan yığmasının qapısına iki qol vurub. Oyun İsrailin Rişon-le-Sion şəhərində yerləşən “Municipal” stadionunda keçirilib.

2009-cu ildə etibarən Azərbaycan 21 yaşadək futbolçulardan ibarət milli komandasına dəvət olunub.

9 oktyabr 2009-cu il tarixində Azərbaycan U-21 yığmasının Avstriya U-21 yığmasına qarşı keçirdiyi və 2:1 hesabı ilə Avstriyanın qalib gəldiyi oyunda Azərbaycanın yeganə qolunu Soltanov vurub.

İstinadlar

Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Sabah FK futbolçuları Kateqoriya:Simurq PFK futbolçuları Kateqoriya:Araz-Naxçıvan PFK futbolçuları Kateqoriya:Rəvan Bakı FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları