Altay atı — Mərkəzi Asiyada, Altay dağlarında yetişdirilmiş bir at cinsi. Bu cins Sibirdəki ən qədim at cinslərindən biri hesab edilir və regionun köçəri mədəniyyətləri ilə zəngin tarixi əlaqələrə malikdir.

Xüsusiyyətləri

Altay atlarının başı bir qədər çökük profillə, nisbətən qısa boyun üzərində yerləşir. Güclü kürəyə, yaxşı inkişaf etmiş sağrıya və qısa topuq sümüklərinə malikdirlər. Onların orta boyu 134-136 sm təşkil edir. Xəz rəngləri kəhər, qara, boz və bəzən “leopard naxışlı” ola bilər. Vesey-Fitzceraldın “The Book of The Horse” kitabında Altay atları üçün aşağıdakı xüsusiyyətlər qeyd olunub: boyu 129,8 sm, bədən uzunluğu 104,2 sm, sinə çevrəsi 154 sm, topuq çevrəsi isə 16,8 sm-dir. “Standart Horse and Pony Breeds Guide” kitabına əsasən dişi atın xüsusiyyətləri belədir: boyu 132 sm, gövdə uzunluğu 140 sm, sinə çevrəsi 160 sm, topuq çevrəsi isə 17,2 sm. Altay atlarına ölçülərinə görə bənzər olan atlar eramızdan əvvəl III əsrə aid "Pazyryk" qəbirlərində aşkar edilmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:At cinsləri