Hüseyn Axundov () — azərbaycanlı futbolçu. Yarımmüdafiəçi mövqeyində çıxış etmişdir.

Klub karyerası Peşəkar futbolçu karyerasına 2008-ci ildə MOİK (Bakı) komandasında çıxış edərək başlayıb. Daha sonra iki mövsüm "Olimpik-Şüvəlan" klubunun rənglərini qorudu. 2011-ci ilin qışında o, icarə əsasında Salyanın "Muğan" klubuna keçib. 2012-ci ilin yayında o, Premyer Liqaya yeni gələn Mərdəkanın Ryavan klubu ilə iki illik müqavilə imzaladı.

Avropa liqası 2011-ci il iyulun 7-də "Olimpik-Şüvəlan" klubunun tərkibində Avropa Liqasının I təsnifat mərhələsində Belarus "Minsk"i ilə oyunda avrokuboklarda debüt edib.

Azərbaycan milli komandası O, Azərbaycanın gənclərdən ibarət (U-17 və U-19) komandalarının rənglərini qoruyub . O, Azərbaycan gənclər yığmasında debütünü 10 oktyabr 2009-cu ildə 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının Avstriya komandasına qarşı seçmə oyununda edib.

İstinadlar

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:MOİK Bakı FK futbolçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Muğan Salyan FK futbolçuları Kateqoriya:Rəvan Bakı FK futbolçuları