Təfsirül-Quranil-əzim (; ) — İbn Kəsirin "Təfsiri-İbn Kəsir" olaraq da adlandırılan əsəri. Bu əsər rəvayət təfsirləri arasında Təbərinin "Cəmiul-bəyan"ından sonra ən məşhur təfsir olaraq qəbul olunur.

Haqqında Əsər 8 cild olub, rəvayətin səhihlik meyarının əsas götürüldüyü bu əsərdə ayələr hissələrə bölünərək izah edilmiş, ayələrin məna və məzmunu haqqında qısa açıqlamalar verilmiş, daha sonra isə bu ayələrin Qurani-Kərimin bütövlüyü daxilindəki mənasını müəyyənləşdirmək məqsədilə digər surələrdəki ayələrlə əlaqəsi qurulmuşdur.

Müəllifi

Əsərin müəllifi Əbül-Fida ibn Kəsirdir. O, hicri 701-ci ildə anadan olmuş, hicri 774-cü (1373) ildə vəfat etmişdir.

Nəşrlər Əsər müxtəlif tarixlərdə, müxtəlif dillərə tərcümə edilərək Qahirədə, Beyrutda, Ciddədə, İstanbulda, Riyadda, Deobənddə, Lahorda, Sarayevoda dəfələrə nəş edilmiş, əsər çoxlu doktorluq dissertasiyası yazılmışdır.

İstinadlar

Kateqoriya:Sünni təfsirləri