Əli Şəmxani (; ) — İran hərbi lideri, kontr-admiral. O, 1997–2005-ci illər arasında İranın müdafiə naziri vəzifəsini icra etmişdir. 24 avqust 2005-ci ildə onu bu vəzifədə briqada generalı olan Mustafa Məhəmməd Nəccar əvəz etmişdir. 2023-cü ilin may ayından etibarən İranın Ali Rəhbərinin yanında fəaliyyət göstərən Məqsədliliyi Müəyyənetmə Şurasının üzvü və siyasi müşaviri olmuşdur. Onun 2025-ci il iyun ayının 13-də İsrailin İrana etdiyi hava hücumu nəticəsində həlak olması barədə məlumat verilmişdir. Daha sonra onun sağ olduğu bildirilib.
O eyni zamanda Tehran şəhərində yerləşən Strateji Tədqiqatlar Mərkəzinin rəhbərinin müşahidəçisi olmuşdur. O, həmçinin İran körfəzi və regiondakı böhranla əlaqədar olaraq bir neçə məqalənin müəllifidir. 1979-cu il inqilabından sonra İslam İnqilabı Mücahidləri Təşkilatının üzvü olmuşdur.
Onun iki qardaşı — Məhəmməd və Həmid İran–İraq müharibəsi zamanı həlak olmuşlar.
Karyera 1981–1982: Xuzistan əyalətində İİKK qüvvələrinin komandiri 1982–1989: İİKK komandirinin birinci müavini 1984–1989: İİKK Quru Qoşunlarının komandanı 1987–1989: İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin tabeliyində fəaliyyət göstərən kəşfiyyat və əməliyyatlara cavabdehlik şöbəsinin rəisi 1988–1989: İslam inqilabı keşikçiləri naziri 1988–1989: BMT Təhlükəsizlik Şurasının 598 saylı Qətnaməsinin İcrası Komitəsinin rəhbəri 1989–1997: İİKK Dəniz Qüvvələrinin komandanı 1997–2005: İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri
İş səfərləri 2001-ci ilin oktyabr ayı: Rusiya səfəri. Səfər zamanı müzakirə olunan məsələlərə Rusiyanın İran ordusu tərəfindən istifadə olunan hərbi texnikasının modernləşdirilməsi prosesində iştirakı, o cümlədən İrana sırf müdafiə xarakterli Rusiya silahlarının tədarükü məsələləri daxildir. 2002-ci ilin mart ayı: Ermənistan səfəri. Səfər zamanı tərəflər müştərək müəssisələrin yaradılması da daxil olmaqla geniş spektrli qarşılıqlı fəaliyyəti nəzərdə tutan müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa dair memorandum imzalamışlar. 2004-cü ilin aprel ayı: Polşa səfəri. Səfər zamanı ikitərəfli siyasi, iqtisadi və hərbi-texniki əməkdaşlıq məsələləri, o cümlədən İraqda mövcud olan vəziyyət müzakirə edilmişdir. İkitərəfli görüşlərdən və danışıqlardan sonra İran və Polşa arasında hərbi-texniki əməkdaşlığa dair memorandum imzalanmışdır. 2004-cü ilin dekabr ayı: Azərbaycan səfəri. Səfər zamanı Qafqaz regionunda ümumi və kollektiv təhlükəsizliyə nail olmaq istiqamətində həyata keçirilən iki ölkə arasındakı əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.Министр обороны Ирана провел встречу со своим азербайджанским коллегой
İran kosmik proqramı 1999-cu ilin fevral ayında müdafiə naziri admiral Əli Şəmxani ilk dəfə olaraq elan etmişdir ki, Şahab-3 raketlərindən sonra İranın yeni döyüş raketlərinin yaradılması planları yoxdur. Yeni yaradılmış Şahab-4 raketi isə İranın öz peyk daşıyıcısı raketini yaratmaq cəhdidir. Bu hadisədən 5 il sonra — 2004-cü ilin yanvar ayında isə Aerokosmik Sənayenin II Elmi Konfransındakı çıxışı zamanı isə o, söz vermişdir ki, cəmi 18 ay ərzində İran "öz raketi ilə kosmosa çıxan ilk İslam ölkəsi olacaqdır"
Ölümü 28 fevral 2026-cı ildə ABŞ–İsrailin İrana zərbələri nəticəsində həlak olub.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İran–İraq müharibəsi iştirakçıları Kateqoriya:İran müdafiə nazirləri Kateqoriya:İran müharibəsində (2026) ölənlər