İsrail–İran proksi münaqişəsi İran və İsrail arasında 1985-ci ildən bəri davam edən proksi münaqişəsidir. İsrail-Livan münaqişəsində İran Livan şiə milislərini, Hizbullahı, İsrail-Fələstin münaqişəsində isə HƏMAS kimi Fələstin qruplarını dəstəkləyib. İsrail İran Xalq Mücahidləri Təşkilatı kimi iranlı üsyançıları dəstəkləyib, Suriyadakı İran müttəfiqlərinə qarşı hava hücumları təşkil edib və İranın nüvə alimlərinə sui-qəsd təşkil edib. 2018-ci ildə İsrail qüvvələri Suriyadakı İran qüvvələrinə birbaşa hücum etdi.

1979-cu il İslam inqilabından sonra İran İzrail ilə əlaqələri kəsdi, lakin gizli əlaqələr sonrakı İran-İraq müharibəsi zamanı davam etdi. İran 1982-ci ildə İsrailin Livana təcavüzünə müqavimət göstərmək üçün Hizbullahı öyrətdi və silahlandırdı. İsrailin Cənubi Livanı işğalı zamanı şiə milislərini dəstəkləməyə davam etdi.

Hələ 1979-cu ildən əvvəl İran islamçıları fələstinliləri maddi cəhətdən dəstəkləmişdilər; 1979-cu ildən sonra İran Fələstin Azadlıq Təşkilatı, daha sonra isə Fələstin İslami Cihadı və HƏMAS ilə əlaqələrə cəhd etdi. İsrail 2006-cı ildə Hizbullahla müharibə aparıb. İsrail Qəzza zolağı və ətrafında 2008–2009, 2012, 2014, 2021 və 2023-cü ildən bəri fələstinlilərlə bir neçə müharibə aparıb.

İstinadlar

Həmçinin bax İran–Səudiyyə Ərəbistanı proksi münaqişəsi İran–Türkiyə proksi münaqişəsi

Kateqoriya:İran–İsrail vasitəçilik münaqişəsi Kateqoriya:İran–İsrail hərbi münasibətləri Kateqoriya:Yaxın Şərq tarixi Kateqoriya:Ərəb–İsrail münaqişəsi Kateqoriya:Beynəlxalq münasibətlər Kateqoriya:İranın müharibələri Kateqoriya:2000-ci illərdəki münaqişələr Kateqoriya:XXI əsrdə İran Kateqoriya:XX əsrdə İran Kateqoriya:1980-ci illərdə İsrail