Bombey pişiyi — Qısa xəzli ev pişiyi növüdür. Bombey pişikləri parlaq qara rəngli, əzələli bədən quruluşuna və iri, parlaq mis-qızılı gözlərə malikdir. Bu növ Hindistanın Mumbay şəhərinin adını daşıyır və Hindistan qara leoparının yaşayış mühitinə istinad edir.
Tarix
Bombey pişiyi, Kentukki ştatının Luisvill şəhərindən olan yetişdirici Nikki Horner tərəfindən inkişaf etdirilmişdir. Horner 1958-ci ildən başlayaraq kiçik bir qara panterə bənzəyən pişik növü yaratmağa çalışmışdır. İlk cəhd uğursuz olsa da, 1965-ci ildə ikinci cəhd uğurla nəticələndi. Növ, 1970-ci ildə "Cat Fanciers' Association" (CFA) və 1979-cu ildə "The International Cat Association" (TICA) tərəfindən rəsmi olaraq tanındı və qeydiyyata alındı.
İstinadlar
Kateqoriya:Pişik cinsləri