Roy Qlauber – (; ) — amerikalı nəzəri fizik və "Optik uyğunluğun kvant nəzəriyyəsinə verdiyi töhfələrə görə" 2005-ci ildə Fizika üzrə "Nobel" mükafatı laureatı olmuşdur.Deutsche Nationalbibliothek Record #132439964 // Gemeinsame Normdatei (нем.) — 2012–2016.Find a Grave (англ.) — 1996. Uzun illər Harvard Universitetində fizika professoru olmuşdur.

Həyatı 1925-ci ildə sentyabr ayının 1-də Nyu-Yorkda yəhudi ailəsində anadan olmuşdur. O, Nyu-Yorkdakı məşhur xüsusi dövlət məktəbi olan Bronks Elm Məktəbini bitirmişdir. 1941-ci ildən Kembricdə (ABŞ) Harvard Universitetində təhsil almışdır. İkinci kursda o, Manhetten layihəsində atom bombasının kritik kütləsinin hesablanmasında iştirak etmişdir. Layihədə iki il iştirak etdikdən sonra təhsilini davam etdirmiş, Harvard Universitetində bakalavr (1946-cı il) və doktorluq (1949-cu il) dərəcəsi almışdır. 1976-cı ildən Harvard Universitetində professor vəzifəsində işləmişdir. Müxtəlif illərdə müvəqqəti olaraq (Avropa nüvə araşdırmaları təşkilatı, dünyanın ən iri yüksək enerji fizikası laboratoriyası) CERN, Leyden Universitetində və Parisdəki Kollec de Fransda işləmişdir.Roy J. Glauber (англ.). John Simon Guggenheim Foundation. gf.org. Дата обращения: 17 апреля 2019. Архивировано 17 апреля 2019 года.

Elmi fəaliyyəti Kvant optikasında tədqiqatlar aparmışdır. Koherent dalğalarının şüalanmasının riyazi təsvirini işləyib hazırlamışdır. Sıxılmış işıq anlayışını təqdim etmişdir. Həmçinin yüksək enerjili hissəciklərin və adronların toqquşmasını da tədqiq etmişdir.

2005-ci ildə Con Holl və Teodor Henş ilə bərabər Roy Qlauberə "Optik uyğunluğun kvant nəzəriyyəsinə verdiyi töhfələrə görə" fizika üzrə Nobel mükafatı verilmişdir.

Seçilmiş əsərləri

İstinadlar

Xarici keçidlər

Audio Interview with Roy Glauber by Owen Gingerich 12 September 2005, Voices of the Manhattan Project, :en:Atomic Heritage Foundation Glauber States: Coherent states of Quantum Harmonic Oscillator Roy J. Glauber, Harvard Physics Department faculty website, 2012

Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Manhetten layihəsi şəxsləri Kateqoriya:ABŞ yəhudiləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:İqnobel mükafatı Kateqoriya:Yəhudi alimlər