thumb|Qunkanmaki. – suşinin bir növü. Noriyə bükülmüş düyünün üzərisinə qırmızı kürü kimi inqredientlərin əlavə olunması ilə hazırlanır. Formaca döyüş gəmisini xatırladığı üçün bu cür adlanmışdır.
Tarixi Qunkanmakinin 1941-ci ildə Tokionun Qinza rayonunda yerləşən "Ginza-Kyubee" restoranının baş aşpazı tərəfindən ixtira olunduğuna inanılır. Rəvayətə görə müştərilərdən biri Hokkaydodan gətirdiyi dəniz kirpilərini aşpaza göstərmiş və onlardan suşi hazırlamasını istəmişdir. O, məhsulun görünüşünü korlamamaq üçün ənənəvi suşi hazırlamaq metodundan istifadə etməmiş, bunun yerinə düyünün ətrafını nori ilə örtmüşdür. Digər versiyaya görə müştəri aşpazdan qırmızı kürülü suşi hazırlamasını istəmiş və aşpaz kürünü əzməmək üçün bu suşi növünü ixtira etmişdir.
Hazırlanması Qunkanmaki sirkəyə qoyulmuş düyünün noriyə bükülməsi və üzərisinə qırmızı kürü, dəniz kirpisi və ya tuna kimi dəniz məhsullarının əlavə olunması ilə hazırlanır. Uşaqlar üçün hazırlanan variantda əlavə inqredient kimi mayonez və qarğıdalıdan istifadə olunur.
Qalereya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Suşi