Papillon — Spanyel növünə aid olan it cinsi. Ən qədim oyuncaq spanyellərdən biri olan papillon, adını qulaqlarının uzun və saçaqlı tükləri ilə yaratdığı kəpənəkvari görünüşdən alır. Sallaq qulaqlı papillon isə Falen adlanır.
Tarixi Papillonların tarixi sənət əsərləri vasitəsilə izlənilir. Tisian, Vatto, Fraqonar və Veroneze kimi məşhur rəssamların əsərlərində bu kiçik itlər təsvir edilmişdir."Brief History of the Papillon" . Papillon Club of America. Retrieved December 16, 2008. "Papillon Dog Breed Information" . Anderson, David. Local Puppy Breeders. Retrieved October 22, 2014. Papillonlar Avropanın kral ailələrinin portretlərində də yer alıb. Əvvəllər "Titian spanyelləri" adlanan bu itlərin qulaqları sallaq idi, müasir dik qulaqlı görünüş isə 19-cu əsrin sonlarında dəbə çevrilib. Papillonlar ilk dəfə 1935-ci ildə "AKC" tərəfindən tanınıb"Papillon History." American Kennel Club. Retrieved December 16, 2008. və "Papillon Club of America" yaradılıb."Papillon FAQ." Papillon Club of America. Updated August 19, 2000. Retrieved December 16, 2008. 1999-cu ildə "Loteki Supernatural Being" adlı papillon "Westminster Kennel Club" yarışında "Best in Show" titulunu qazanan ilk papillon oldu. 2019-cu ildə isə "Dylan" adlı papillon "Crufts" yarışında "Best in Show" mükafatını qazanıb.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İt cinsləri Kateqoriya:Belçikanın it cinsləri Kateqoriya:Ev heyvanları Kateqoriya:Spanyellər