Ketrin Perez-Şakdam () — Fransa jurnalisti, analitik və siyasi şərhçi. Qərbi Asiya və İslam problemləri üzrə mütəxəssis. Şakdam, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Yəmən üzrə keçmiş məsləhətçisi, həmçinin, İslam terrorizmi, radikalizm və antizemitizm üzrə mütəxəssisdir.

Erkən həyatı

Şakdam Fransada, dünyəvi yəhudi ailəsində anadan olmuşdur. Fransanın nasistlər tərəfindən işğalı dövründə, onun ana tərəfdən babası nasistlərə qarşı mübarizə aparmışdır. Ata tərəfdən babası isə Holokost yaşayanlarındandır. Onun psixologiya üzrə bakalavr dərəcəsi, həmçinin London Universitetindən iki - maliyyə və ictimai əlaqələr üzrə - magistr dərəcəsi var. London Universitetində təhsil illərində Şakdam, Yəməndən olan müsəlman tələbə ilə tanış olaraq ailə qurmuş, sonradan Sünni İslamı qəbul etmişdir. Sonradan şiəliyi qəbul edən Şakdam, bu haqda çoxsaylı məqalələr və bir neçə kitab yazmışdır. 2014-cü ildə həyat yoldaşından ayrılan Şakdam, iki uşağı üzərində qəyyunluğunu saxlamaqdadır. İndi o, özünü sionist və yəhudi kimi identifikasiya edir.

Jurnalist fəaliyyəti

Tam həcmli jurnalist fəaliyyətinə başlamazdan əvvəl o, yeddi il ərzində "Wikistrat" adlı İsrail geostrategiya və analitika firmasında çalışmışdır. Jusrnalist fəaliyyəti dövründə onun məqalə və analizləri Beynəlxalq Məsələlər üzrə Rusiya Soveti, Tehran Times, İranın dövlət teleradio kampaniyası - İran İslam Respublikasının Səsi, "Al-Majalla", Press TV, HuffPost, Xarici Siyasət Assosasiyası (FPA), Yemen Post, The Guardian, RT tərəfindən, həmçinin, Mehr Xəbər Agentliyi, Tasnim Xəbər Agentliyi, "The Foreign Policy" jurnalı, OpenDemocracy və sair çoxsaylı mənbələrdə yayımlanmışdır.

Şakdam həm də, "Access Media" şirkətinin icraçı direktoru və Əfqanıstan şahzadəsi Əli Səracın Yaxın Şərq üzrə məsləhətçisi olmuşdur. O, "Veritas-Consulting" şirkətinin yaradıcısı və direktorudur. O, Böyük Britaniyada Şafaqna Yaxın Şərq Araşdırmaları İnstitutu ilə də əməkdaşlıq etmişdir (2015-2017).

İranla əlaqəli fəaliyyəti

Şiəliyi qəbul etdikdən sonra tez-tez İrana səfər edən Şakdam, "Mashregh News", "Tasnim News Agency", Mehr News Agency kimi sağ-radikal xəbər agentliklərinin, hətta, İranın Ali Dini Liderinin rəsmi saytı olan «Khamenei.ir» saytının daimi müəlliflərindən biri olmuşdur. 2021-ci ilin noyabrında, Şakdam, "The Times of Israel"dəki bloqunda məlumat verir ki, boşanıb və artıq müsəlman deyil. O, radikal müsəlman obrazının İran və digər müsəlman ölkələrinə daxil olmaq üçün yaradıldığına işarə edir.

2017-ci ildə İranı ziyarət edən Şakdam, o zaman prezidentliyə namizəd olan İbrahim Rəisi ilə görüşür. O, Rəşt səfəri zamanı Rəisini müşayət edir və onunla üzbəüz müsahibə edir. Şakdam, sonradan bloqunda yazır ki, İran rəsmiləri ona, Fransa vətəndaşlığı və müsəlmanla evliliyinə görə etibar edirdilər. O, həmçinin qeyd edir ki, ölkəyə dəvət olunmasında ABŞ-da təhsil almış çox əhəmiyyətli inqilab xadimlərindən birinin rolu olub.

2022-ci ilin fevralında, keçmiş prezident Mahmud Əhmədinejadı dəstəkləyən Telegram kanalında "The Times of Israel"dəki bloqa əsaslanan və Şakdamın İranın yüksək rütbəli hökümət nümayəndələrinin İsrail casusları tərəfindən təsir dairəsinə salındığını iddia edən məqalə yayımlamışdır. Bundan sonra, İranın əksər sağ-radikal xəbər agentlikləri Şakdamın məqalələrini dərhal silmiş və onunla əməkdaşlıqlarını təkzib etmişdilər.

Şakdam tərəfindən yazılmış radikal məqalələr, "Anti-Defamation League" və "Middle East Media Research Institute" kimi bir çox yəhudi təşkilatları tərəfindən tənqid edilmişdir.

2025-ci ilin iyulunda, İran–İsrail müharibəsi (2025 və təhlükəsizlik mülahizələri bəhanəsi ilə Əfqanların İrandan deportasiyasından sonra, keçmiş millət vəkili Mustafa Kavakebiyan televiziya müsahibəsi zamanı casus təhlükəsini dəyərləndirməyən insanları tənqid edərək bildirmişdir ki, onlar, əsas diqqəti əfqan miqrantlara yönləndirərək cəmiyyətin fikrini yayındırmışdılar. Onun sözlərinə görə, əsas təhlükə, Şakdamın casus əməlləri ilə əlaqəli idi. Kavakebiyan, Şakdamın İranda fəaliyyət göstərdiyi illərdə 120-dən çox yüksək vəzifəli dövlət xadimləri ilə cinsi əlaqədə olduğunu iddia etmişdir. 20 iyulda, bu bəyanatına görə, Kavakebiyana qarşı cinayət işi açılmışdır.

Kitabları

Perez-Shakdam, C. (2015). Arabia's Rising: Under the Banner of the First Imam. (n.p.): CreateSpace Independent Publishing Platform, Perez-Shakdam, C. (2016). From Mecca to the Plain of Karbala: Walking with the Holy Household of the Prophet. (n.p.): CreateSpace Independent Publishing Platform. . Perez-Shakdam, C. (2016). A Tale of Grand Resistance: Yemen, the Wahhabi and the House of Saud. (n.p.): CreateSpace Independent Publishing Platform. .

İstinadlar

Həmçinin bax

Əli Kohen — Suriyada fəaliyyət göstərmiş məşhur İsrail casusu. Kateqoriya:Yəhudi mənşəli fransızlar Kateqoriya:XXI əsr Fransa yəhudiləri Kateqoriya:Fransanın qadın jurnalistləri Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Yəhudi qadın jurnalistlər Kateqoriya:Yəhudi ateistlər Kateqoriya:Fransız sionistlər Kateqoriya:Fransız ateistlər Kateqoriya:XXI əsr Fransa jurnalistləri Kateqoriya:XXI əsr Fransanın qadın yazıçıları Kateqoriya:Qadın yazıçılar