Hydrornis cyaneus (Mavi pitta) — "Pittidae" fəsiləsinə aid bir quş növü.
Təsvir
"Hydrornis cyaneus" orta ölçülü, möhkəm bədənli, uzun ayaqlı və qısa quyruqlu oxuyan quşlardır. Mavi pitta təxminən 23 sm uzunluğa çatır. Sarı alın və başlığı, parlaq narıncı ensəsi var. Gözdən keçən qalın qara zolaq və daha az müəyyən edilmiş qısa zolaq, çənəsinə gözəllik verir. Erkək fərdin mavi beli və quyruğu, açıq mavi sinəsi və qara ləkələri var. Dişi fərdin boz beli və açıq boz sinəsi, qara ləkələri var. Dimdiyi tünd boz, ayaqları isə açıq çəhrayı rəngdədir. Çağırışı uzun və dartılmış "pleoow-whit" və ya "choocoo-whip" kimi səslənir və qəfil bitir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Banqladeş quşları Kateqoriya:Çin quşları Kateqoriya:1843-cü ildə təsvir edilən quşlar Kateqoriya:Hydrornis Kateqoriya:Təhlükədə olmayan növlər