İnyaki Qodoy Xasso () — Meksikalı aktyor. Ən çox Netflix-in One Piece serialında Manki D. Luffi roluna görə tanınır.
Həyatı
İnyaki Qodoy 2003-cü ilin avqustun 25-də Mexiko şəhərində anadan olmuşdu. O, uşaqlığında idmanla məşğul olmuş və Libanes teatrında yerləşən Stage Company musiqi və teatr məktəbinə gedirdi. Bundan əlavə o, Kaliforniyada yerləşən Pali Adventures uşaq yay düşərgəsində aktyorluq və kino sənəti kurslarına qatılmışdır. Nəticədə, Qodoy bir neçə qısametrajlı film çəkmişdir. Bir neçə məktəb tamaşasında oynamışdır. Onlardan biri Alisa möcüzələr ölkəsində tamaşası idi. Qodoyun öz sözlərinə görə, həmin tamaşanın uğuru ona təsir etmişdir.
Doqquz yaşında Qodoy peşəkar aktyor olmağa qərar vermiş və anası ona dəstək göstərmişdi. Bundan az sonra o, Cocina de hacienda adlı televiziya proqramıda balaca rol almışdı. 2016-cı ildə Qodoy Amerika istehsalı ispan dilli Kentavr qadını () serialında rol qazanmışdı. Daha bir sıra layihədə çəkildikdən sonra, 2020-ci ildə, onun ilk baş rolu ¡Ánimo Juventud! filmində olmuşdu. Daha sonra o, müxtəlif layihələrdə, o cümlədən Netflix istehsalı olan ¿Quién mató a Sara? və The Imperfects seriallarında çəkilmişdi. The Imperfects onun iştrak etdiyi ilk ingilis dilli layihə idi.
2021-ci ildə bəyan olunub ki, İnyaki Qodoy One Piece serialında Manki D. Luffi rolunu oynayacaq.
İstinadlar
Kateqoriya:Meksika aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:ABŞ televiziya aktyorları Kateqoriya:Uşaq aktyorlar