South by Southwest (qısaca: SXSW) — hər il yaz fəslində ABŞ-nin Texas ştatının Ostin şəhərində keçirilən interaktiv tədbirlər, film və musiqi festivalları, həmçinin konfranslar məcmusu. İlk dəfə 1987-ci ildə şəhərin mərkəzində yerləşən Austin Convention Centerdə təşkil edilmişdir. Festivalın üç bölməsi bir-birindən asılı olmayaraq keçirilir və başlanğıc ilə bitiş tarixləri fərqlilik göstərir.

SXSW ABŞ-dəkı ən böyük musiqi festivallarından biri hesab olunur. O, mart ayında Ostinin mərkəzində dörd gündən artıq davam edir və burada 2.000-dən çox müğənni və qrup, 90-dan çox məkanda çıxış edir. Festival sənaye yönümlü olsa da, SXSW Music çərçivəsində hər il keçirilən Austin Music Awards kimi tədbirlər də baş tutur. SXSW, Ostin iqtisadiyyatı üçün ən çox gəlir gətirən xüsusi tədbirdir. Məsələn, 2008-ci ildə festival şəhərə 110 milyon ABŞ dolları məbləğində gəlir qazandırmışdır.

Festival SXSW Inc. şirkəti tərəfindən təşkil olunur. Şirkət konfranslar, sərgilər, festivallar və digər tədbirlərin planlaşdırılması və keçirilməsi ilə məşğuldur. Üç əsas festivaldan əlavə olaraq, şirkət daha üç böyük konfransı da idarə edir. Onlardan ikisi Ostində keçirilir: təhsildə innovasiyalara həsr olunmuş SXSWedu konfransı və ətraf mühit problemlərinə diqqət yetirən SXSW Eco konfransı. Daha bir konfrans isə Las Veqasdа baş tutur — SXSW V2V innovativ startaplara fokuslanır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Ostin (Texas) Kateqoriya:ABŞ film festivalları Kateqoriya:Kompüter konfransları Kateqoriya:ABŞ rok festivalları Kateqoriya:Mart