Con Krizi (; ) — İngilis yazıçı.

Ümumi məlumat

Əsasən detektiv və cinayət romanları ilə tanınan Con Krizi, eləcə də elm fantastikası, roman və vestern janrlarında da əsərlər yazmışdır. O, 28 müxtəlif təxəllüslə 600-dən çox roman yazmışdır. Kresey bir neçə tanınmış obrazın yaradıcısıdır, bunlardan ən məşhurları The Toff (The Honourable Richard Rollison), Komandir Corc Gideon (Scotland Yard), İnspektor Rocer Vest, Baron (Con Mannering), Dr. Emanuel Cellini və Dr. Stanislaus Aleksandr Palfreydir. "Gideon of Scotland Yard" obrazı "Gideon’s Way" adlı televiziya serialına və "Gideon’s Day" (1958) adlı filmə əsaslanmışdır. Baron obrazı isə 1960-cı illərdə Stiv Forrestin baş rolda oynadığı bir seriala çevrilmişdir.

Həyatı və karyerası

Con Krizi Londondakı Sausfilds şəhərində, fəhlə ailəsində dünyaya gəlmişdir. O, Rut və Cozef Krizinin yeddinci övladı idi. Təhsilini "Fulham Elementary School" və "Sloane School"da almışdır. 1923-cü ildən 1935-ci ilə qədər müxtəlif ofis, zavod və satış işlərində çalışmış, yazıçı kimi özünü tanıtmağa çalışmışdır. Bir neçə rədd cavabından sonra, 1930-cu ildə ilk kitabını nəşr etdirmişdir. Onun ilk cinayət romanı "Seven Times Seven" 1932-ci ilin yanvar ayında nəşr olunmuşdur. 1938-ci ildə "The Toff" obrazını yaratmış, bu obrazı təqdim edən ilk romanı "Introducing the Toff" olmuşdur. "The Toff" seriyası 1938-ci ildən 1978-ci ilə qədər 59 romanla davam etmişdir. "The Toff", aristokrat və həvəskar müstəntiq olan "The Honourable Richard Rollison" obrazıdır. (Böyük Britaniyada "Toff" aristokratlar üçün işlədilən bir təxəllüsdür). II Dünya Müharibəsi zamanı Krizi Dr. Stanislaus Aleksandr Palfrey adlı obrazı yaratmışdır. Bu obraz Britaniya gizli xidmətinin üzvü olub, Z5 adlı gizli bir qrup formalaşdırmışdır. Palfrey seriyası 34 kitabdan ibarət olub, ilk romanı "Traitor’s Doom" 1942-ci ildə nəşr olunmuşdur. Krizinin romanları bir neçə dəfə ekranlaşdırılmışdır. Film adaptasiyalarına "Salute the Toff" (1952), "Hammer the Toff" (1952), "Gideon’s Day" (1958) və "Cat & Mouse" (1958) daxildir. Televiziyada isə "Gideon’s Way" (1964-1965) və "The Baron" (1965-1966) serialları çəkilmişdir.

İstinadlar

Xarici keçidlər Biography and bibliography Krizi müəllif hüquqları sahibi "Owatonna Media"-da (owatonnamedia.co.uk) "John Creasey – Ten Authors in One" Avtostopçuların Qalaktikaya bələdçisi: Yer Nəşri (h2g2.com) The John Creasey Online Resource (johncreasey.co.uk) – fan saytı

öz adı və bir neçə təxəllüs altında kataloqlanmış əsərləri və bir çox başqa keçidlər

Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:1908-ci ildə doğulanlar Kateqoriya:1973-cü ildə vəfat edənlər Kateqoriya:9 iyunda vəfat edənlər Kateqoriya:XX əsr Britaniya yazıçıları Kateqoriya:XX əsrin İngiltərə romançıları Kateqoriya:Britaniya siyasətçiləri