Etnobiologiya () — müxtəlif mədəniyyətlərin təbiətə, ətraf mühitə, bitkilərə və heyvanlara, flora və faunaya (biotaya) münasibətini öyrənən elm sahəsidir. Etnobiologiya insan cəmiyyətlərinin ətraf aləm barədə təsəvvürlərini və onların ən qədim dövrlərdən indiki zamana qədərki dəyişikliklərini, həmçinin insanların onlara əlçatan olan təbii resurslardan istifadə problemlərini araşdırır.

İnsan, biota və ətraf mühit arasındakı qarşılıqlı təsirlər alimlər üçün xüsusi maraq kəsb edir. Etnobiologiya müxtəlif elmi fənləri əhatə edir və "İnsan cəmiyyəti təbiətdən necə istifadə edir və onu necə qavrayır?" sualına cavab axtarır.

Tərif

Etnobotanika üzrə professor Edvard Kastetter etnobiologiya elminin yaranmasını «The Domain of Ethnobiology» adlı məqaləsində belə təsvir etmişdir:

Hələ Kolumbun səyahətlərinin başlanğıcından etibarən insanlar Yeni Dünyanın primitiv tayfalarının təbiətdən, bitkilərdən və heyvanlardan necə istifadə etdikləri haqqında məlumat yığmağa başlamışdılar. Lakin bu məlumatlar pərakəndə xarakter daşıyırdı və əldə edilmiş olan bu məlumatlara birinci sistemli təsvir vermək cəhdi kimi 1870-ci ildə Palmer tərəfindən yazılmış əsəri göstərmək mümkündür.

Etnobotanika üzrə mütəxəssis Aleksandra İppolitovanın fikrincə, etnobiologiya xalq mədəniyyətində heyvan və bitki aləminin təsnifat prinsiplərini, həmçinin müxtəlif xalqların canlı təbiət haqqında təsəvvürlərini onların ənənəvi mədəniyyəti kontekstində təhlil edir. Bu elmin əhəmiyyəti ondan ibarətdir ki, ətraf dünyanın elmi bilik və elmi yanaşma əsasında öyrənilməsindən çox-çox əvvəl bəşəriyyət gündəlik təcrübə və mifoloji təsəvvürlər əsasında formalaşmış öz dünyagörüşünə əsaslanaraq təbiətlə qarşılıqlı əlaqədə olmuş və onun sayəsində sağ qalmışdır.

Elmin inkişafı

1875-ci ildə Pauer "Aboriginal Botany" ("Aborigenlərin botanika elmi") adlı məqalə yazmışdır. Bu əsərdə o, yerli tayfaların floradan dərman, qida, parça və bəzək əldə etmək məqsədilə necə istifadə etdiklərini təsvir edirdi. Palmer və Pauerin əsərləri aborigen mədəniyyətinə, xüsusilə də onların biotaya münasibətinə marağın artmasına səbəb oldu. ABŞ-nin qərbində aparılan tədqiqatlarda yerli primitiv icmaların nümayəndələri bitki və heyvan aləmindən istifadə məqsədləri və metodları barədə məlumat verirdilər. Arxeoloji tapıntılar (geyim əşyaları, məişət ləvazimatları, qədim və orta əsrlərdə insanların məişəti haqqında dəlillər) da aborigen tayfalarının müxtəlif təbii mühitlərdəki həyat fəaliyyətinə marağı artırdı.

Etnobiologiyanın elm kimi inkişafında dörd mərhələ fərqləndirilir:

Birinci mərhələ XIX əsrdə başlamışdır. Bu dövrdə elm hələ rəsmi ad daşımırdı. Buna baxmayaraq, mütəxəssislər onun praktik əhəmiyyətini dərk etməyə və təsvir etməyə başlamışdılar. İkinci mərhələ 1960-cı illərdə baş vermişdir və koqnitiv (idrak), linqvistik antropologiya çərçivəsində inkişaf etmişdir. Üçüncü mərhələ ekologiya elminin tezislərindən istifadə etməklə biliklərin praktikaya inteqrasiyasını özündə birləşdirir. Dördüncü mərhələ yerli xalqların öz ənənələrinin dərk edilməsinə diqqət yetirir və onların öz müqəddəratını təyinetmə hüquqlarının əhəmiyyətini vurğulayır.

Bölmələr

Hazırda etnobiologiya formalaşmış elm sahəsi və bioloji, kulturoloji və linqvistik yanaşmaları birləşdirən inkişaf etmiş metodoloji aparata malik elmi bilik sahəsi kimi çıxış edir.

Etnobiologiya bir neçə bölməni əhatə edir:

Etnozoologiya — insanların digər heyvanlarla münasibətlərini, həmçinin ovçuluq, balıqçılıq və maldarlıq kimi insan fəaliyyətinin müxtəlif sahələrini öyrənir. Etnobotanika — insanların bitki aləminə münasibətini, bitkilərdən qida, dərman, texnologiya məqsədilə istifadəsini, həmçinin floranın simvolik və mənəvi əhəmiyyətini tədqiq edir. Etnomikologiya — göbələklərin müxtəlif formalarda istifadəsini, onların sosioloji rolunu, inanclarda və ənənəvi tibbdə və qidada tətbiqini öyrənir. Etnoekologiya — insanların bütöv ekosistemləri necə idarə etməsi və onlardan istifadəsi ilə bağlı biliklərin öyrənilməsi, sənədləşdirilməsi və təsviri ilə məşğul olur. Etnoqrafiya, coğrafiya, arxeologiya, farmakologiya, dilçilik, mədəni antropologiya, tibb də etnobiologiyanın tədqiqat sahələrinə daxildir. Mədəniyyətlərarası etnobiologiya — müxtəlif icmaların müqayisəsini apararaq bioloji resurslardan istifadədə fərqləri üzə çıxarmağa çalışır.

Tədqiqat predmeti

Müxtəlif insan cəmiyyətləri canlı təbiətə aid obyekt və hadisələri fərqli şəkildə nəzərdən keçirir və təsnifləşdirirlər. Etnobioloqların vəzifəsi bu təsnifat sisteminin ümumi strukturunu və ya iyerarxiyasını başa düşmək, müxtəlif icmaların həyatın Yer üzündə yaranması və insanın cəmiyyətlə ətraf mühit arasındakı münasibətlərin xarakterini müəyyənləşdirmədəki rolu haqqında təsəvvürlərinin inkişaf prinsiplərini aşkara çıxarmaqdır. Bu təsəvvürlər kulturoloji əhəmiyyət daşıyır, çünki onlar ayrı-ayrı icmaların mənəvi-etik baxışları və intellektual inkişaf səviyyəsi əsasında formalaşır və bu da mövcud bioloji resurslardan istifadənin imkanlarını genişləndirir və ya məhdudlaşdırır.

"Biodiverisitənin aspektləri. II hissə" kitabında folk sistematikasında universal ranqların öyrənilməsinin vacibliyi vurğulanır. Psixoloqlar və antropoloqlar insanların dünyanı necə qavradıqlarını anlamağa çalışır və bu məqsədlə müxtəlif icmaların dünya mənzərəsini əsaslandırma, mifoloji dünyagörüşü, mədəni seçim və s. məsələlərə münasibətini təhlil edirlər. Müxtəlif mədəniyyətlər bioloji müxtəlifliyin quruluşuna fərqli təsnifatlar verirlər:Müəyyən növləri yaxınlaşdıraraq, onları bir qrupa aid edərək, eyni sözlə adlandıraraq, həmin mədəniyyətin daşıyıcıları şüurda müəyyən canlılar qruplaşmasının mövcudluğunu təsdiq edirlər. Bu xalq təsnifatlarını çoxsaylı informantların sorğusu vasitəsilə aşkar etmək, təsdiqləmək və həm bir-biri ilə, həm də elmi canlılar təsnifatı ilə müqayisə etmək mümkündür.

Tənqid

Etnobioloqlar müntəzəm olaraq əldə olunmuş məlumatları yerli dildən universal elmi dilə tərcümə etmək problemi ilə üzləşmişdirlər. Müxtəlif mədəniyyətlərə və dillərə mənsub insanlar müşahidə etdikləri hadisələri özlərinə məxsus şəkildə təsvir etmiş və adlandırmış, nəticədə isə orijinal adların və elmi təsnifatların terminlərinin (universal dil hesab edilən) kross-mədəni müqayisəsində çətinliklər yaranmışdır. Bu isə ünsiyyətin dəqiqliyinə nail olmaq və dil düşüncəsinin yaratdığı baryerləri aşmaq üçün xüsusi bir səviyyə və ranq axtarışına gətirib çıxarmışdır.

Başqa bir çətinlik isə bu təsnifatların qiymətləndirilməsi və qarşılaşdırılması zamanı meydana çıxmışdır. Aşkar edilmiş qanunamüvafiqliklərin qeyri-müəyyənliyi və onların doqmatik elmi təsnifatlarla müvafiq gəlməməsi əldə olunmuş nəticələrin səhv şərh edilməsinə səbəb ola bilər. Xalq sistematikasının müəllifinin baxış nöqteyi-nəzərindən düzgün hesab edilən fikir ümumqəbul olunmuş elmi iyerarxik sistemlə ziddiyyət təşkil edə bilər. Beləliklə, xalq təsnifatlarının öyrənilməsinə dair "intellektual yanaşma" tənqid olunmuşdur. Məlum olmuşdur ki, bəzi icmalar üçün canlıların bioloji əlamətləri həmişə əsas meyar kimi çıxış etmir. Xalq və elmi taksonomiya arasında ciddi fərqlər ola bildiyi kimi, eyni cəmiyyət daxilində də müxtəlif fikirlər mövcud ola bilər.

İstinadlar

Ədəbiyyat siyahısı ALEXIADES, M.N. (1996) Selected guidelines for ethnobotanical research: a field manual. The New York Botanical Garden. New York. BALLEE, W (1998) (ed.) Advances in historical ecology. New York: Columbia University Press. Brent Berlin (1992) Ethnobiological Classification - Principles of Categorization of Plants and Animals in Traditional Societies. Princeton University Press, 1992. Edward Franklin Castetter (1944) "The domain of ethnobiology". The American Naturalist. Volume 78. Number 774. Pages 158-170. CONKLIN, H.C. (1954) The relation of Hanunóo culture to the plant world. PhD dissertation, Yale University. COTTON, C.M (1996) Ethnobotany: principles and applications. John Wiley. London. CUNNINGHAM, A.B (2001) Applied ethnobotany: people, wild plant use and conservation. Earthscan. London

Roy Ellen (1993) The Cultural Relations of Classification, an Analysis of Nuaulu Animal Categories from Central Seram. Cambridge: Cambridge University Press.

HARRINGTON, J.P (1947) "Ethnobiology". Acta Americana. Number 5. Pages 244-247 HAUDRICOURT, Andre-Georges (1973) "Botanical nomenclature and its translation." In M. Teich & R Young (Eds) Changing perspectives in the history of science: Essays in honour of Joseph Needham Heinemann. London. Pages 265-273.

JOHANNES, R.E (Ed)(1989) Traditional ecological knowledge. IUCN, The World Conservation Union. Cambridge LAIRD, S.A. (Ed) (2002) Biodiversity and traditional knowledge: equitable partnerships in practice. Earthscan. London. LEVI-STRAUSS, Claude (1966). The savage mind. Weidenfeld & Nicolson. London. Gary Martin (ethnobotanist) (1995) Ethnobotany: a methods manual. Chapman & Hall. London. MINNIS, P (Ed) (2000) Ethnobotany: a reader. University of Oklahoma Press. Norman. PLOTKIN, M.J (1995) "The importance of ethnobotany for tropical forest conservation." in R.E. Schultes & Siri von Reis (Eds) Ethnobotany: evolution of a discipline (eds) Chapman & Hall. London. Pages 147-156. PORTERES, R. (1977)."Ethnobotanique." Encyclopaedia Universalis Organum Number 17. Pages 326-330. Darrell A. Posey & W. L. Overal (Eds.), 1990) Ethnobiology: Implications and Applications. Proceedings of the First International Congress of Ethnobiology. Belém: Museu Paraense Emílio Goeldi. Darrell A. Posey (Ed.), (1999) Cultural and Spiritual Values of Biodiversity. London: United Nations Environmental Programme & Intermediate Technology Publications. Richard Evans Schultes & VON REIS, S (1995) (Eds) Ethnobotany: evolution of a discipline (eds) Chapman & Hall. London. Part 6. SILLITOE, Paul (2006) "Ethnobiology and applied anthropology: rapprochement of the academic with the practical". Special Edition of the Journal of the Royal Anthropological Institute S119-S142 STEVENSON, M.C. (1914) "Ethnobotany of the Zuni Indians." Bureau of American Ethnology Annual Report. Volume 30. Number 31102, Government Printing Office. Washington, D.C. TUXILL, J & NABHAN, G.P (2001) People, plants and protected area. Earthscan. London. WARREN, D.M; SLIKKERVEER, L; & BROKENSHA, D. (Eds) (1995) The cultural dimension of development: indigenous knowledge systems. Intermediate Technology Publications. London. ZERNER, C (Ed) (2000) People, plants and justice: the politics of nature conservation. Columbia University Press. New York.

Xarici keçidlər

Biology on-line "Ethnobiology" articles Ethnobiology — Traditional Biological Knowledge in Contemporary Global Context. (Athabasca University Course Resource List) International Society of Ethnobiology Journal of Ethnobiology Journal of Ethnobiology and Ethnomedicine Society of Ethnobiology Tsammalex: A lexical database on plants and animals Languages of hunter-gatherers and their neighbors: contains many flora and fauna names in languages spoken by hunter-gatherers and their neighbors.

Kateqoriya:Etnobiologiya Kateqoriya:Biologiyanın bölmələri Kateqoriya:Antropologiya