Əbu Həfs Əmr ibn Əli ibn Bəhr əl-Fəllas əl-Bəhili əs-Səyrəfi (; ) — mühəddis və müfəssir.

Bioqrafiyası Hicri 160-cı (777) illərdə Bəsrədə dünyaya gəlib.

Həmmad ibn Zeyd, Süfyan ibn Uyeynə, Vəki ibn Cərrah, Yəhya əl-Qəttan, Əbu Davud ət-Təyalisi, Əbdürrəhman ibn Mehdi kimi mühəddislərdən hədis rəvayət edib.

Ondan da Züheyr ibn Hərb, Buxari, Əbu Züra ər-Razi, Müslüm, Əbu Hətim ər-Razi, Əbu Davud, İbn Əbid-Dünya, Tirmizi, Abdullah ibn Əhməd ibn Hənbəl, Nəsai, Təbəri, İbn Macə və Əffan ibn Müslüm kimi alimlər hədis rəvayət ediblər.

O, hicri 249-cu (864) ildə Əskəri-Mükrəmdə (indiki Əhvazın şimalı) vəfat etmiştir.

Mənbələrdə Fəllasın, ondan Əli ibn İsmayıl ibn Həmmad vasitəsi ilə rəvayət edilmiş "Təfsirül-Quran", "Müsnəd", "əl-İləl" və "ət-Tarix" adlı əsərin müəllifi olduğundan bəhs edilir.

Fəllasın rəvayətlərinə "Kütübi-sittə"də və digər hədis kitablarında yer verilmişdir.

İstinadlar

Kateqoriya:Ravilər