Əbu Bəkr Sifil (; ) — türk akademik, ilahiyyatçı və yazıçı.

Bioqrafiyası 25 dekabr 1960-cı ildə Qarsın Sarıqamış ilçəsində dünyaya gəlib. İbtidai və orta təhsilini Qars İmam Xətib liseyində alıb. 1978-ci ildə Ərzurum Atatürk Universitetinin Kazım Qarabəkr Təhsil İnstitutuna daxil olub. 1980-ci ildə Ankara Qazi Universitetinin Mətbuat Yayım Ali Məktəbinə daxil olub. 1984–1985 tədris ilində bu təhsil ocağından məzun olub. Məzun olduqdan sonra bir müddət ərəb dili tərcüməçisi işləyib. 1986–1987-ci il tarixlərində hərbi xidmətdə olub. 1989–1993-cü il tarixlərində Türkiyə Diyanət Vəqfində nəşriyyat üzrə redaktor vəzifəsində çalışıb. 1993–1996-cı il tarixlərində Yüzüncü İl Universitetində (Van), 1998–1999-cu il tarixlərində isə Osmanqazi Universitetinin ilahiyyat fakültəsində (Əskişəhər) tədqiqatçı vəzifələrində çalışıb. 1999–2000-ci il tarixlərində "Yeni Mesaj" qəzetində, 2000–2013-cü il tarixlərində isə "Milli Qəzet"də gündəlik məqalələr qələmə alıb. 1996-cı ildə "Hədis Elmi Sahəsi" üzrə magistratura təhsilini (Konya Səlcuk Universiteti İlahiyyat Fakültəsi), 2006-cı ildə isə doktorantura təhsilini uğurla başa vurub. 2017-ci ildə dosent, 2021-ci ildə professor elmi adlarına yiyələnib. Hal-hazırda Yalova Universitetinin İslam Elmləri Fakültəsində müəllim vəzifəsində çalışır. Ərəbcə və ingiliscə bilir. Ailəlidir. 3 övladı var. "Türkiyə Yazıçılar İttifaqı"nın üzvüdür.

Əsərləri Əbu Bəkr Sifil, "TDV İslam Ansiklopedisi"ndə 20-yə yaxın məqalənin müəllifidir. Qələmə aldığı əsərlərdən bəziləri də bunlardır: Modern İslam Düşüncəsinin Tənqidi (1997, 4-cü nəşri aprel 1999, 2019), İdrak və Təsdiq (2010), İhya və İnşa adlı (2014), Əhli-Sünnə Əqaidi — Müxtəsər Tahavi Əkidəsinın Şərhi (2018), İstanbul İclasları — 1 — Pəşavar Gecələrinə Rəddiyə (2018) və s.

Tərcümələri İxtilafdan Rəhmətə (1989; 2-ci nəşr 1997, "Məzhəp Məsələsi və Fiqhi İxtilaflar" adı ilə, 2012), Məqalətül-Kövsəri (iyul 2014), Məzhəp Məsələsi və Fiqhi İxtilaflar (Əbül-Fəth əl-Bəyanunidən, 2017).

İstinadlar

Kateqoriya:Hənəfilər Kateqoriya:Matüridilər