Nəcməddin Bilal ƏrdoğanMütevelli Heyeti Başkan Vekilimiz Necmeddin Bilal Erdoğan Öğrencilerimizle BuluştuNecmeddin Bilal ERDOĞAN Yönetim Kurulu Üyesi"Arşivlenmiş kopya""Necmeddin Bilal Erdoğan | TÜRGEV""Necmeddin Bilal Erdoğan - Mütevelli Heyeti - İlim Yayma Vakfı, İYV". (23 aprel 1981 il, İstanbul) — türk iş adamı, Türkiyə Cümhuriyyətinin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın dörd övladından biri.
İlk illəri və təhsili Bilal Ərdoğan 23 aprel 1981-ci ildə İstanbulda anadan olub. Atası Rəcəb Tayyib Ərdoğan, anası Əminə Ərdoğandır. Əhməd Burak adlı qardaşı və Sümeyyə və Esra adlı bacıları var.
1999-cu ildə Kartal Anadolu İmam Hatip liseyini bitirdikdən sonra ali təhsilini ABŞ-da davam edib. O, İndiana Universitetini siyasi elmlər və iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib və 2004-cü ildə dünyanın aparıcı universiteti olan Harvard Universitetinin Kennedi İdarəetmə Məktəbindən dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb.
İngilis dilini yüksək səviyyədə, fransız, italyan və ərəb dillərini orta səviyyədə bilir.
İş həyatı Universiteti bitirdikdən sonra Bilal Ərdoğan Dünya Bankında Slovakiya, Xorvatiya, Misir, Fələstin və İraq ölkələrinə aid olan şöbələrdə ekspert kimi çalışıb. Burada işlədiyi zaman əsas təhsil büdcələri və təhsil siyasətinə diqqət yetirirdi. "Bilal Erdoğan Dünya Bankasında işe başladı"
Türkiyəyə qayıtdıqdan sonra karyerasına dənizçilik sənayesində başlayıb və BMZ Gəmiçilik və İnşaat şirkətini qurub.
Bilal Ərdoğan Türkiyə Gənclik və Təhsil Xidmətləri Vəqfinin (TÜRGEV) qəyyumlar şurasının üzvüdür.Diğer mütevelli heyeti şu şekildedir: Esra Albayrak, Serhat Albayrak, Reyhan Uzuner, Ziya İlgen, Şule Albayrak, Ahmet Ergün, Bülent Turan, Mustafa Ataş, Doğan Kubat, Hasan Can, Mevlüt Uysal, Mustafa Demir, Yasemin Solmaz, Zeynep Eker Ayhan O, həmçinin 17 noyabr 2013-cü ildə yaradılmış İnsan və Bilik fondunun təsisçilərindən biridirBilal Erdoğan vakıf kurdu və 2014-cü ildə yaradılmış Türkiyə Gənclik fondunun yüksək məsləhət şurasının üzvlərindəndir.
Şəxsi həyatı
2003-cü ildə Reyyan Uzunerlə ailə həyatı qurub.Gelin Reyyan Uzuner, Erdoğanların Üsküdar'daki konutunda gelinliği ve takıları denedi Nikah mərasimində bir çox məşhurlarla yanaşı, İtaliyanın baş naziri Silvio Berluskonidə şahid qismində iştirak etmişdir.Erdoğanlar’ın mutlu günü Başbakan Erdoğan’ın oğlu Bilal Erdoğan Reyyan Uzuner ile evlendi. Ömər Tayyib və Əli Tahir adlı iki oğlu, Fatimə Sərra adlı qızı var.
İstinadlar
Xarici keçidlər Bilal Erdoğan
Kateqoriya:Dövlət başçılarının övladları Kateqoriya:Türkiyə iş adamları Kateqoriya:Prezidentlərin övladları Kateqoriya:Harvard Universitetinin məzunları Kateqoriya:Rəcəb Tayyib Ərdoğan