Əbu Osman Səid ibn Mənsur ibn Şöbə əl-Xorasani (; ) — hədis alimi.

Bioqrafiyası Hicri 137-ci (754) ildə Cövzcanda (və ya Bəlxdə) anadan olub. Nisbələri Məkki, Cövzcani, Bəlxi, Mərvəzi, Tələqani və Nisaburidir. Türk və ya fars olduğu güman edilir. Tələbəsi Müslüm ibn Həccac onu "Bəzzaz" ləqəbi ilə adlandırıb.

Ailəsi isə birlikdə Bəlxə köçüb və ilk təhsili burada alıb. Öncə Xorasanın müxtəlif elm mərkəzlərinə səyahətlər edib. Sonra isə İraqa, Cəzirəyə, Hümsə, Şama, Fələstinə və Misirə elmi səfərlər edərək Məkkədə məskunlaşıb. Leys ibn Səd, Malik ibn Ənəs, Həmmad ibn Zeyd, Abdullah ibn Mübarək, Cərir ibn Əbdülhəmid, Hüşeym ibn Bəşir, İsmayıl ibn Uleyyə, Vəlid ibn Müslüm, Abdullah ibn Vəhb və Süfyan ibn Uyeynə kimi alimlərdən hədis dinləyib.

Əhməd ibn Hənbəl, Abdullah ibn Əbdürrəhman əd-Dərimi, Zöhli, Müslüm, Əbu Züra ər-Razi, Əbu Davud əs-Sicistani, Əbu Hətim Məhəmməd ibn İdris ər-Razi, Fəsəvi və Əbu Züra əd-Dəməşqi kimi alimlərə isə müəllimlik edib.

Səd ibn Abdullah Humeyyid, onun müəllimlərinin 110, ravi və tələbəslərinin sayının isə 90 ətrafında olduğunu söyləmişdir.

O, Məkkədə vəfat etmişdir.

Hədis elmindəki yeri Mənbələr onu "hafiz", "imam", "höccət", "mütkin", "səbt", "siqa" və "şeyxül-həram" adlandırıblar. Onun rəvayətlərinə "Kütubi-sittə"də yer verilib. Əhməd ibn Hənbəl ondan təriflə bəhs edib. Tələbəsi Əbu Hətim ər-Razi onun hədis mövzusunda həssas, diqqətli və etibarlı olduğunu bildirmiş, Hərb əl-Kirmani də onun əzbərindən 10000-ə yaxın hədis yazdırdığını qeyd etmişdir.

Əsərləri Əs-Sünən. Əsər bəzi mənbələrdə "əl-Müsənnəf" adlandırılıb. Əsərin itdiyi zənn edilirdi, lakin III cildinə aid bir nüsxəsini Məhəmməd Həmidullah təsbit etmiş (Köprülü kitabxanası, № 439) və tanıtmışdır. Təfsirül-Quran. "Əl-Kəşf vəl-bəyan", "əd-Dürrül-mənsur" və "Cəmiul-bəyan ən təvili əyil-Quran" adlı təfsirlərdə bu əsərdən nəql edilmiş məlumatlar vardır. Əsərin "əs-Sünən"in "Təfsirül-Quran" adlı kitabının başqa bir rəvayəti olduğu da deyilmişdir. Əs-Siyər. Əz-Zöhd.

İstinadlar

Kateqoriya:Hədis alimləri