Microcarbo coronatus (Taclı qarabatdaq) — Cənubi Afrikanın soyuq Bengel cərəyanının suları üçün endemik olan kiçik bir qarabatdaq növü. Bu növ yalnız sahil zonasında yaşayır və qurudan 10 km-dən çox uzaqda tapılmır. Bu növ qamış qarabatdağı ilə yaxından əlaqəlidir və əvvəllər eyni növ hesab edilirdi.

Yayılması

Cənubi Afrikanın sahil boyu, İynə burnundan şimalda Svakopmunda qədər yayılmışdır. Populyasiya 2500-2900 cüt arasında olduğu təxmin edilir. Kiçik qruplarla çoxalır, adətən koloniyada 150-dən az fərd olur. Halqa ilə işarələmə tədqiqatları göstərir ki, cavan quşlar yuvalarından 277 km məsafəyə qədər yayıla bilər, yetkin fərdlər isə 500 km-dən çox məsafədə olan çoxalma sahələri arasında hərəkət edir.

Təsvir

Taclı qarabatdaq 50-55 sm uzunluğundadır. Yetkin fərdlər qara rəngdədir, başında kiçik bir kəkil və qırmızı üz ləkəsi var. Cavan quşlar üstdən tünd qəhvəyi, altdan açıq qəhvəyi rəngdədir və kəkil yoxdur. Onları cavan qamış qarabatdaqlarından daha tünd alt hissələri və daha qısa quyruğu ilə fərqləndirmək olar.

İstinadlar

Xarici keçidlər Species report Animal Demography Unit of the University of Cape Town Crowned Cormorant - The Atlas of Southern African Birds

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Afrika quşları Kateqoriya:Cənubi Afrika quşları Kateqoriya:Qarabatdaqlar Kateqoriya:1855-ci ildə təsvir edilən quşlar Kateqoriya:1855-ci ildə təsvir edilən heyvanlar