Ruxsarə Həmdulla qızı Əliyeva — Azərbaycan Tibb Universitetinin Əmək gigiyenası və uşaq-yeniyetmələr gigiyenası kafedrasının məsləhətçi-professoru, tibb elmləri doktoru. Əmək və peşə gigiyenası sahəsində tanınmış alimdir.

Həyatı və təhsili Ruxsarə Əliyeva 1943–1953-cü illərdə Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən 1 saylı Dəmiryolu orta məktəbində təhsil almışdır. 1953–1959-cu illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun gigiyena ixtisası üzrə məzunu olmuşdur. 1962–1964 və 1990–1991-ci illərdə Moskva şəhərində yerləşən Əmək gigiyenası və peşə xəstəlikləri Elmi Tədqiqat İnstitutunda müvafiq olaraq dissertantura və doktorantura təhsilini tamamlamışdır.

Elmi və pedaqoji fəaliyyəti Ruxsarə Əliyeva əmək fəaliyyətinə 1960-cı ildə başlamışdır. O, 1960–1961-ci illərdə Culfa şəhər Sanitar-Epidemioloji Stansiyasının müdiri, 1964–1968-ci illərdə Əmək gigiyenası və peşə xəstəlikləri Elmi Tədqiqat İnstitutunun şöbə müdiri, 1968–1988-ci illərdə həmin institutun elmi işlər üzrə direktor müavini, 1991–1994-cü illərdə isə Epidemiologiya, Mikrobiologiya və Gigiyena Elmi Tədqiqat İnstitutunun laboratoriya müdiri olmuşdur.

1994-cü ildən bu günədək Azərbaycan Tibb Universitetinin Əmək gigiyenası və uşaq-yeniyetmələr gigiyenası kafedrasında tibb elmləri doktoru, professor vəzifəsində çalışır.

Təlim və ixtisasartırma fəaliyyəti Ruxsarə Əliyeva bir sıra beynəlxalq kurs və seminarlarda iştirak etmişdir: 1991 — Moskva şəhərində “Səs və audiologiya” kursu 2006 — Ankara şəhərində Hacettepe Universitetində “İşçilərin fərdi müdafiəsi” seminarı 2007 — Moskva şəhərində “Peşə və sağlamlıq” seminarı

Elmi yaradıcılığı Alim 320-dən çox elmi işin müəllifidir. Onun əsərləri arasında dərs vəsaitləri və beynəlxalq nəşrlər də yer alır. Əsas işlərindən bəziləri: Российская медицинская энциклопедия по медицине труда (Moskva, 2005) Əmək gigiyenasından mühazirələr, Bakı, 2007 (S.A. Gürzəliyev ilə birgə) Сочетанное действие физических, химических факторов и трудовой нагрузки на организм нефтяников, Minsk, 1991 Загрязнение атмосферного воздуха крупного города тяжелыми металлами..., Медицина труда, №5, 2014 Peşə təhsilinin təşkili məsələləri...

Üzv olduğu elmi qurumlar FD 2.28 Dissertasiya Şurasının üzvü Azərbaycan Tibb Universiteti “Gigiyena və İctimai sağlamlıq” Problem Komissiyasının üzvü

İstinadlar

Azərbaycan Tibb Universiteti — Ruxsarə Əliyeva haqqında məlumat

Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Tibb elmləri doktorları