Transmaşholdinq (TMH) — dəmir yolu və şəhər relsli nəqliyyat vasitələri üçün hərəkət heyətinin hazırlanması və istehsalı sahəsində iri şirkətdir.

Holdinqin baş qərargahı Moskva şəhərində yerləşir

Tarixçə "Transmaşholdinq" 2002-ci ildə dəmir yolu texnikası sahəsində ixtisaslaşmış keçmiş sovet dövrünə aid zavodların fəaliyyətini yenidən işə salmaq ilə məşğul olan investisiya-sənaye şirkəti kimi təsis edilmişdir.

İlk olaraq TMH-nin tərkibinə Bryansk, Novoçerkassk, Demixovo, Tver və Penza müəssisələri daxil olmuşdur.

2024-cü ilin məlumatına görə, "Transmaşholdinq"in struktur tərkibinə 10-dan çox istehsal və yığılma meydançası, dəmir yolu texnikasına xidmətin göstərilməsi və onun modernləşdirilməsi üzrə iri şəbəkə, eləcə də mühəndislik mərkəzləri şəbəkəsi daxildir.

Sənaye qrupunda çalışan əməkdaşların ümumi sayı 100000 nəfər təşkil edir.

Fəaliyyət "Transmaşholdinq" müxtəlif növ hərəkət heyətinin hazırlanması, istehsalı və onlara kompleks texniki xidmətin göstərilməsi, eləcə də hərəkətin rəqəmsal idarəedilməsi sistemlərinin hazırlanması və tətbiqi ilə məşğuldur.

Holdinqin tərkibinə daxil olan müəssisələr lokomotiv dartılı sərnişin vaqonları, metro vaqonları, teplovoz və elektrovozlar, elektrik və dizel qatarları, dizel mühərrikləri, müxtəlif komplektləşdiricilər istehsal edirlər.

Müxtəlif illər ərzində TMH holdinqi Rusiyanın nəqliyyat maşınqayırması sahəsinin tarixində mühüm sıçrayışlara çevrilmiş bir sıra hərəkət heyəti nümunələri yaradaraq onların istehsalını təşkil etmişdir. Postsovet dövrünün rusiya nəqliyyat maşınqayırması tarixində ilk magistral yük teplovozları 2ТЭ70 və 2ТЭ25К (2004). Postsovet dövrünün rusiya nəqliyyat maşınqayırması tarixində ilk sabit cərəyanlı yük elektrovozu 2ЭС4К (2006). Postsovet dövrünün rusiya nəqliyyat maşınqayırması tarixində ilk asinxron dartı intiqallı magistral yük teplovozu 2ТЭ25А (2006). Postsovet dövrünün rusiya nəqliyyat maşınqayırması tarixində ilk ikisistemli sürətli sərnişin elektrovozu ЭП20 (2011). Postsovet dövrünün rusiya nəqliyyat maşınqayırması tarixində 61–4465, 61–4465.01, 61–4472, 61–4473 model ilk ikimərtəbəli sərnişin vaqonları (2013). Rusiya nəqliyyat maşınqayırması tarixində ən güclü dəyişən cərəyanlı magistral yük elektrovozu 4ЭС5К (2014). Rusiya nəqliyyat maşınqayırması tarixində ilk birmərtəbəli və ikimərtəbəli qoşma vaqonlar (2019–2020) Postsovet dövrünün rusiya nəqliyyat maşınqayırması tarixində ilk sabit cərəyanlı manevrli elektrovoz ЭМКА2 (2023).

"Transmaşholdinq" Rusiyanın və MDB ölkələrinin metropolitenləri ilə fəal əməkdaşlıq edir.

Xüsusilə də “Metrovaqonmaş” zavodu Moskva metrosu üçün “Moskva” ailəsinə aid qatarlar istehsal edir. 2025-ci ilin sonuna müəssisə “Moskva-2026” (81-775.2/776.2/777.2) seriyalı qatarların tədarükü ilə məşğuldur.

Sankt-Peterburq metrosu üçün isə “TMH holdinq” artıq qatarın ikinci modifikasiyası olan “Baltiyets 2” (81-725.2/726.2/727.2) modelini tədarük edir.

Həmçinin “TMH holdinq” Minsk metropolitenini “Minsk-2024” (81-765.7/766.7) qatarları ilə təchiz edir.

"Transmaşholdinq"in digər iri layihələrindən biri də şəhər və şəhərətrafı sərnişin daşımaları üçün nəzərdə tutulmuş "İvolqa" (ЭГ2Тв / ЭГЭ2Тв) elektrik qatarıdır. Bu elektrik qatarları Tver vaqonqayırma zavodunda istehsal olunur. Onların heyəti Moskva Mərkəzi Diametrləri üçün xüsusi olaraq hazırlanmışdır.

Bu günədək 4 nəsil elektrik qatarı istehsal edilmişdir. "Transmaşholdinq" məhsullarının tədarük coğrafiyası təxminən 30 ölkəni əhatə edir.

Şirkətin beynəlxalq mükafatları “Etibarlı beynəlxalq tərəfdaş” və “Xalqın seçimi” kateqoriyalarında “Magistral Awards 2025”-in qalibidir. "Minsk-2024" qatarlarına görə "Magistral Awards" "Moskva 2024" metro qatarına görə "A'Design Award 2024" "ТЭМ23" lokomotivinə görə "Good Design 2022" Gecə sərnişin qatarının interyerinə görə "IF Design Award 2022" Brendin DNT-sinin konsepsiyasına görə "IF Design Award 2021" "Moskva-2020" metro qatarına görə "Red Dot: Best of the Best 2021" Havanın zərərsizləşdirilməsi və səs-küyün azaldılması ilə olan iqlimə nəzarət sisteminə görə "IRJ Innovations Showcase 2020"

Şirkətin performansı 2024-cü ildə məhsul və xidmətlərin satışından əldə olunan gəlir 504,7 milyard rus rublu təşkil etmişdir Gəlirin strukturundakı əsas pay lokomotivlərin satışına düşür: TMH holdinq dartıların tədarükündən 159 milyard rus rublu (2023 il ilə müqayisədə 1,5 dəfə daha çox) gəlir əldə etmişdir. Metro qatarlarının payına düşən gəlir payı isə 59 milyard rus rublu (+13,2%) təşkil etmişdir. TMH holdinq lokomotiv dartılı sərnişin vaqonlarından 78 milyard rus rublu (+18%), motorvaqon hərəkət heyətindən isə 68 milyard rus rublu (+11,2%) gəlir əldə etmişdir.

İstinadlar

Kateqoriya:Rusiya şirkətləri