Volatillik riski () — bir qiymətə təsir edən risk amilinin volatilliyində baş verən dəyişikliklər nəticəsində həmin qiymətin mənfi istiqamətdə dəyişməsi riski. Bu risk adətən derivativ alətlərə və onların portfellərinə aid edilir; çünki burada əsas aktivin volatilliyi opsion qiymətlərinin əsas müəyyənedicilərindən biridir.Menachem Brenner, Ernest Y. Ou, Jin E. Zhang (2006). “Hedging volatility risk”. Journal of Banking & Finance 30 (2006) 811–821 Volatillik riski həmçinin əsas aktivlərdən ibarət portfellər, həm də xarici valyuta ticarəti üçün aktualdır.
Volatillik riski idarə oluna bilər; bunun üçün uyğun maliyyə alətləri ilə hec olunur. Bu alətlərə volatillik svopu, dispersiya svopu, şərti dispersiya svopu, dispersiya opsionları, səhmlər üzrə VIX fyuçersləri, həmçinin müəyyən quruluşla kaplar, florlar və svopşınlar daxildir.Andrew Lesniewski (2015). “Managing interest rate volatility risk” Bu zaman hec aləti qorunan aktivlə eyni volatillik mənbəyinə (məsələn, eyni səhm, əmtəə və ya faiz dərəcəsi) həssas olur. Mövqe elə qurulur ki, qorunan aktivin dəyərindəki dəyişiklik hec alətinin dəyərindəki əks dəyişikliklə kompensasiya olunsun. Alınacak hec alətlərinin sayı, hər iki alətin volatilliyə nisbətən həssaslığına bağlı olur; bu həssaslığın ölçüsü isə veqadır — opsionun və ya opsion portfelinin dəyərinin əsas aktivin volatilliyinə görə dəyişmə sürəti.
Opsion treyderləri tez-tez “veqa neytral” mövqelər yaratmağa çalışırlar; bu, adətən opsion strategiyasının bir hissəsi olur.“Vega Neutral Option Strategies” Məsələn, ‘‘at-the-money’’ straddlın dəyəri volatillik dəyişikliyinə son dərəcə həssasdır. Neytrallıq yaradıldıqdan sonra portfelin ümumi veqası sıfıra yaxın olur — yəni implisit volatillik təsiri aradan qalxır və treyder volatillik dəyişməsindən asılı olmadan müəyyən imkanlardan yararlana bilir.Lucas Downey (2022). “Vega Neutral”, InvestopediaSarah Saves (2024). “Vega Neutral”, tiblio.com
Həmçinin bax Maliyyə risklərinin idarə edilməsi Gizli volatillik Volatillik təbəssümü IVX Bazar riski Risk altında dəyər Volatillik beta Volatillik riski mükafatı
İstinadlar
Kateqoriya:Maliyyə riski Kateqoriya:Opsionlar (maliyyə) Kateqoriya:Derivativlər (maliyyə) Kateqoriya:Bazar riski