Elmar Nəsrəddin oğlu Nurəliyev ( (12 mart Bakı, Azərbaycan) — Azərbaycan əsilli Ukrayna yunan-roma güləşçisi, Ukraynanın vitse-çempionu və idman ustası.
Həyatı Elmar 12 mart 1997-ci ildə Bakı şəhərində anadan olub, 5 yaşında ikən ailəsi ilə birlikdə Ukraynaya köçüb və burada yunan-roma güləşi ilə məşğul olmağa başlayəb. O, şiə müsəlmandır
İdman karyerası 2012-ci ilin oktyabrında 17 yaşına qədər yeniyetmələr arasında Elmar Ukrayna birinciliyində çıxış edərək 63 kq çəki dərəcəsində bürünc medal qazanıb.
2013-cü ilin fevral ayında Moskvada Boris Qureviçin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə çıxış edib.
Elə həmin ay o, 63 kq çəki dərəcəsinə qədər idmançılar arasında Kiyevdə keçirilən Alexandr Kolçinskinin ruhuna ithaf olunmuş yarışmanın qalibi olub.
2013-cü ilin aprelində 69 kq çəki dərəcəsinə qədər olan yeniyetmələr arasında Ukraynanın "çıxılmaz" birinciliyin qalibi olub.
2013-cü ilin oktyabr ayının əvvəlində Rusiyanın Bor şəhərində yeniyetmələr arasında keşçirilən Anatoli Parfenovun xatirə turnirində iştirak edib.
2013-cü ilin oktyabr ayının sonunda Dolina şəhərində (İvano-Frankivsk vilayəti) keçirilən Ukrayna birinciliyinin qalibi olub.
2014-cü ilin may ayında Nurəliyev Bolqarıstanda gənc kursantlar arasında keçirilən Avropa birinciliyində üçüncü olub.
2014-cü ilin iyul ayında Slovakiyada gənc kursantlar arasında keçirilən Dünya birinciyliyinin iştirakçısı olub.
2017-ci ilin yayında 74 kq çəki dərəcəsinə qədər olan yeniyetmələr arasında Avropa birinciliyinin finalçısı olub.
2017-ci ilin sentyabrında Klaypeddə (Litva) Hərbi qulluqçular arasında keçirilən dünya çempionatında iştirak edərək gümüş medal qazanıb.
2018-ci ilin mart ayında 23 yaşa qədər idmançılar arasında keçirilən Ukrayna birinciliyinin qalibi olub.
2018-ci ilin iyun ayında E.Nurəliyev 23 yaşadək idmançılar arasında keçirilən Avropa birinciliyində bürünc medal qazanıb.
Avqust ayında Almaniya Qran Prisini qazanıb.
2019-cu ildə Nurəliyev ikinci dəfə 23 yaşına qədər idmançılar arasında keçirilən Ukrayna birinciliyini qazanıb.
Elə həmin il o, Minskdə (Belarus) keçirilən İkinci Avropa Oyunlarında iştirak edib.
2020-ci ilin noyabrında yenidən 23 yaşa və 77 kq çəki dərəcəsinə qədər olan idmançılar arasında keçirilən Ukrayna birinciliyini qazanıb.
2023-cü ildə Elmar 77 çəki dərəcəsinə qədər idmançılar arasında keçirilən Ukrayna çempionatının finalına yüksəlib.
İdman nailiyyətləri Yetkinlər səviyyəsi
Dünya Hərbi Çempionatı 2017 ; 23 yaşınaqədərlərarasında Ukrayna birinciliyi 2018, 2019, 2020 ; 23 yaşınaqədərlər arasında Avropa birinciliyi 2018 ; Ukrayna Kuboku 2023 ; Ukrayna Çempionatı 2023 ;
Gənc və yüniyütmə
Ukrayna birinciliyi 2012 ; Ukrayna birinciliyi 2013 ; Avropa birinciliyi 2014 ; Avropa birinciliyi 2017 ;
İstinadlar
Xarici keçidlər Профиль на United World Wrestling
Kateqoriya:Ukrayna güləşçiləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1997-ci ildə doğulanlar Kateqoriya:12 martda doğulanlar Kateqoriya:Azərbaycan əsilli ukraynalılar Kateqoriya:Ukrayna azərbaycanlıları