300px|thumb|right|Mir Möhsün Nəqqaş imzalı miniatür. Fahişə təmin edən qadın iş üstündə olan kişiyə deyir: "Tanrı sənə güc versin". Fahişəyə isə o, belə deyir: "Otur aşağı və sakit ol. İşdə olan insanın danışmağa vaxtı olmaz." Mətn türk, Azərbaycan və fars dillərində yazılmışdır. 1868-ci ilə aid miniatür. Şəxsi kolleksiya. Tehran. Azərbaycan mədəniyyətində seksuallıq və erotika — insan seksuallığının və erotikanın Azərbaycan mühitində, cəmiyyətində, mədəniyyətində, adət-ənənələrində və digər sahələrdə təzahür formalarını əhatə edir.

Azərbaycanlılar daxil olmaqla bir çox Qafqaz etnik qruplarında 14–15 yaşlı qızların evdən təkbaşına çıxmasına əvvəllər icazə verilmirdi. İndiki dövrdə Qafqazın bir çox icmalarında evləndikdən sonra qızların bakirəliyinin evləndiyi bəy tərəfindən gərdək gecəsində pozulması adəti qorunur. Azərbaycan, Ermənistan və Gürcüstanda aparılan tədqiqatlar göstərir ki, respondentlərin 50 faizi qadınların evlənmədən əvvəl cinsi təcrübə yaşamasını qəbuledilməz hesab edir, yalnız 7 faizi isə kişilər üçün eyni təcrübəni qəbuledilməz hesab edir.

Azərbaycan yazıçısı Afaq Məsudun əsərləri Azərbaycanda qadınların həyatına təsir edən sosial məsələlərə toxunmaqla yanaşı, qadınların seksuallığının yazılı şəkildə təsvirini, eləcə də onların mövcudiyyətinin psixoloji çərçivəsini təqdim edir. 2009-cu ildə yazıçı Əli Əkbərin iki homoseksual oğlanın sevgisindən bəhs edən "Artuş və Zaur" romanı Azərbaycanda müzakirələrə səbəb olmuşdur. Qəhrəmanlarının erməni və azərbaycanlı olması qınağı daha da artırmış və nəticədə kitabın satışı qadağan edilmişdir. Azərbaycan yazıçısı Nicat Kazımovun "İblisin Oyunu" romanında müasir Azərbaycanda homofobiya ilə bağlı səhnələr təsvir edilmişdir. 2014-cü ildə azərbaycanlı yazıçı Orxan Bahadırsoyun iki gənc oğlanın sevgisindən bəhs edən "Günahdır səni sevmək" adlı romanı çap edilmişdir. Yazıçı Allahverdi Eminovun "Payıza qədər. Seks haqqında söhbət" əsəri isə Azərbaycanın ilk erotik kitabı hesab edilir.

XIX əsrə qədər Azərbaycan muğam sənəti əsasən feodalların saraylarında inkişaf edirdi və bu da sevgi-lirika və fəlsəfi-tərbiyəvi mövzuların, çox vaxt mistik və erotik obrazların istifadəsi ilə muğamda iz buraxmışdır. Azərbaycanda ənənəvi muğam və aşıq sənəti ifaçısı olan qadınlar əsasən bağlı geyinir, rəqs etmir və özlərini istək subyekti və ya obyekti kimi təqdim etmirlər. Qadınların oxumaqla yanaşı rəqs etdiyi, kliplərdə tez-tez təqdim olunan Azərbaycan pop-musiqisi Azərbaycan musiqi sənətində istisnadır. Pop musiqi klipləri cəmiyyətdə, ictimai yerlərdə qarşılıqlı əlaqələrinə həddindən çox diqqət yetirən kişilərin və qadınların həm istək subyekti, həm də obyekti kimi seksuallığını açıq şəkildə ifadə edə biləcəyi azsaylı sahələrdən biridir. Azərbaycan xalqının folklor mədəniyyətinin qorunub saxlanılan nümunələrindən olan, təkbaşına və zərif erotik xoreoqrafiya ilə ifa edilən Azərbaycan rəqsləri, bütün bayram şənliklərinin ayrılmaz hissəsi olan ehtiraslı kütləvi rəqslər — müasir dövrdə Azərbaycan peşəkar ansambllarının repertuarında öz yerini tutmuş və müasir səhnə formasını almışdır.

Tarixi-mədəni mühit

İslam mühitində bayağı olmayan, gözəl yazılmış erotik şeirlər "bəhnamə" janrının tələblərinə uyğun olaraq, sənətkarlıq nümunəsi sayılırdı. Nizami Gəncəvi "Xosrov və Şirin" və "Yeddi Gözəl" poemalarında bəhnamənin tələblərindən geniş istifadə etmişdir.

Nizami Gəncəvinin "Yeddi gözəl" (1197-ci il) əsəri erotik ədəbiyyatın şah əsərlərindən biri hesab edilir, bununla belə, əsərdə xeyli əxlaqi fikirlər də yer almışdır.François de Blois. Haft Peykar (anql.) // Encyclopædia Iranica. — 15 dekabr 2002. — Т. XI. — С. 522–524. İslam Ensiklopediyasında görə, Nizami Gəncəvi yenilikçi xarakterinə sadiq qalaraq, bu əsərində mümkün qədər erotik məzmunu məhdudlaşdırmış, daha çox hedonistik zövqlərə — dövlətin idarə olunmasındakı məsuliyyətə diqqət çəkməyə çalışmışdır. Baxmayaraq ki, şair Bəhram Gurun kef məclislərini təsvir edir, poemanın əsas məzmunu fiziki ehtirasın yalnız ərdəmli, sadə və mehriban işlərə istiqamətləndiriləcəyi təqdirdə əsl zövq verəcəyini göstərməklə bağlıdır.Nizami Gandjawi (англ.) // The Encyclopaedia of Islam / Edited by C. E. Bosworth, E. van Donzel and W. P. Heinrichs and G. Lecomte. — Лейден, 1995. — Т. VIII. — С. 79. — ISBN 9004098348.

1225-ci ildə hakimiyyətdən oğlu Fəribürz tərəfindən devrilən Şirvanşahlar dövləti hökmdarı I Güştasp haqqında İslam tarixçisi İbn əl-Əsir yazır: "H.622 (1225)-ci ildə Şirvanşaha qarşı onun oğlu üsyan qaldırdı… Üsyana səbəb bu idi ki, Şirvanşah iyrənc həyat tərzi keçirirdi, çox qəbahətli və ədalətsiz adam idi. O, tez-tez təbəələrinin var-dövlətinə və mülklərinə əl uzadır, həmçinin, deyirlər ki, hətta qadınların və oğlan uşaqlarının namusuna təcavüz edirdi…Aşurbəyli S. Şirvanşahlar dövləti (VI –XVI əsrlər). Avrasiya press, Bakı 2006.

Şirvanşah I Fərrux Yasar dövründə, 1468-ci ildə hazırlanmış Şamaxı antologiya əlyazmasında (kalliqraf Şərafəddin Hüseyn Sultani, Britaniya muzeyi, London) fars şairi Əbdürrəhman Caminin şeirinə həsr edilmiş "Dörd adam yaraşıqlı gəncə baxarkən" miniatürü çəkilmişdir.

Məhsəti Gəncəvi

Məhsəti Gəncəvinin məşuqlarından bir neçəsi Əmir Əhməd, Sultan Səncər, Əmin Qorçi kimi şəxslər idi. Fars ədəbiyyatının klassiki Fərid əd-Din Əttar Səlcuq hökmdarı Sultan Səncərlə Məhsəti Gəncəvinin macəralarından yazmışdır. Məhsəti şah və əyan məclislərini əyləndirir, buynuz dolusu şərab içirdi.

Məhsəti Gəncəvinin şeirlərinin bir qismi erotik, seksual, vulqar xarakter daşıyır. Bununla bağlı iki əsas fikir mövcuddur. Birinci fikrə görə, Məhsətinin müsəlman qadını əxlaqına uyğun gəlməyən həyat tərzi ilə bağlı fikirlər təqribən XIV əsrdə formalaşmışdır. Bu ideyaya görə, bəzi xətiblər Məhsətinin şeirlərinə əxlaqsız sözləri əlavə ediblər. Yəni, bu sözlər Məhsətinin özünə aid deyil. XIV əsr müəllifləri Məhsətinin dindən kənar həyatı ilə razılaşmadığı üçün onu gözdən salmaq istəmişdilər. İkinci fikrə görə isə, erotik şeirlər elə Məhsətinin özünə məxsusdur. Cəlal Xaliqi Mutlaq "Fars ədəbiyyatında bədənin təsviri" adlı məqaləsində Məhsətinin üç nəfərlik (1 qadın, 2 kişi) seksə meyilli qadın olmasından bəhs etmişdir. Alman şərqşünas alimi Fritz Meier (1912–1998) "Gözəl Məhsəti" monoqrafiyasında Məhsəti Gəncəvinin erotik şeirlərinin təhlilinə yer ayırmışdır.

Azərbaycanlı tədqiqatçılar Məhsəti Gəncəvinin erotik şeirləri ilə bağlı birmənalı münasibət göstərməmişdir. Sovet dövrü nəşrlərinə Məhsəti Gəncəvinin erotik şeirləri daxil edilməmiş, müstəqillik dövrü nəşrlərində isə onun yaradıcılığı senzura edilmişdir. Xəlil Yusifli "Rübailər" kitabındakı önsözündə rübailərin "saf-çürük" edildiyini, yəni Məhsətinin əsərlərinin bir qisminin kitaba daxil edilmədiyini qeyd etmişdir. Rafael Hüseynov Məhsəti yaradıcılığında erotik şeirlərin olduğunu qeyd etmiş, ancaq bu lirikaya ziddiyyətli münasibət göstərmişdir. Hüseynov bu şeirləri şəhraşub janrı (peşə sahiblərinin daxili dünyasının vəsfi) ilə və Məhsətinin dövründə əxiliyin yayılması ilə əlaqələndirmiş, ancaq sonra isə bu şeirlərin Məhsətiyə aid olmadığını qeyd etmiş, bu şeirlərin yaranma səbəbini Məhsətinin əxlaqsızlığı ilə bağlı şayiələrlə izah etmişdir. Lakin axırda Hüseynov Məhsətinin erotik, vulqar, biədəb şeirlər müəllifi olduğunu qəbul etmiş və bunu XII əsr Gəncə şəhərinin sosial-iqtisadi inkişafı ilə izah etmişdir.

Cəmiyyət və ənənələr

Abxazlar, azərbaycanlılar, gürcülər və ermənilər daxil olmaqla bir çox Qafqaz etnik qruplarında 14–15 yaşlı qızların evdən təkbaşına çıxmasına əvvəllər icazə verilmirdi. İndiki dövrdə Qafqazın bir çox icmalarında evləndikdən sonra qızların bakirəliyinin evləndiyi bəy tərəfindən gərdək gecəsində pozulması adəti qorunur.Zurikashvili, F. (2009). Virginity: Caucasus. In S. Joseph (ed.), Encyclopedia of Women & Islamic Cultures Online. Brill. Azərbaycan, Ermənistan və Gürcüstanda aparılan tədqiqatlar göstərir ki, respondentlərin 50 faizi qadınların evlənmədən əvvəl cinsi təcrübə yaşamasını qəbuledilməz hesab edir, yalnız 7 faizi isə kişilər üçün eyni təcrübəni qəbuledilməz hesab edir.

Azərbaycanda bəy və gəlinin ilk toy gecəsi gərdək gecəsi adlandırılır. Gərdək gecəsində bəy gəlinə belindəki qırmızı kəməri açmaq üçün hədiyyələr verir. Gərdəkdən sonrakı gün səhər isə bəy evdən qaçır. O, bir-iki gün dostları və ya qohumları ilə qalır. O, bunu valideynlərinə hörmət əlaməti olaraq edir. Bu müddət ərzində gəlin evdəki heç bir kişiyə üzünü göstərmir. Əgər gəlin bakirədirsə, bu faktın özü gərdək gecəsi silahdan atəş açmaqla nümayiş etdirilir. Əgər gəlin bakirə deyilsə, bəzi bölgələrdə onun saçları qırxılır, ya da eşşəyin belinə tərs mindirilərək atasının evinə geri göndərilir.

Gürcüstanın Marneuli rayonunun gərdək gecəsi ilə bağlı xüsusi adəti vardır: "Toy gecəsi kəsilmiş qoçun başın aparıb gərdək yatağının altına qoyurlar ki, oğlan güclü, işində uğurlu olsun". Digər adət isə bəy və gəlinin başının üstündə xoruz kəsilməsidir. Qoçla bağlı adət oğlan uşaqlarını əzizləyərkən "qoçu", "erkək" metaforalarından istifadə etməklə uyğunluq təşkil edir. Bu iki yanaşma bir-birinin rəmzi baxımdan əvəzedicisidir. Yaradılış aktının edildiyi sakral məkanda (gərdəkdə) kişi seksual enerjisinin rəmzləri arzuların yerinə yetməsinə, bəyin cinsi qabiliyyətinin artırılmasına xidmət edir. Azərbaycan mərasimlərində fallik (cinsi orqana bənzər) semantika mövzudan bəlli olur. Qız seçmək üçün ox atılması, toyda kəllə qənd istifadə edilməsi, övladı olmayan qadının özünü dağa sürtməsi bunun nümunəsidir.

Gərdək gecəsindən əvvəl yeddi və ya doqquz budaqlı ağacı şəkər və meyvələrlə bəzəmə adəti də Azərbaycanda vardır. Uşaq sahibi olmaq üçün isə qışın doqquzuncu gününün gecə yarısından sonra ayaz vurmuş almanı uşaqsız qadın yeməlidir. Yengə gərdək prosesinə nəzarət edən qadına deyilir. Xalq adətlərinə görə, yengə olan şəxs ailəli olmalıdır.

Azərbaycan təhsil sistemində cinsi maarifləndirmə yoxdur və orta məktəblərdə cinsi orqanlar haqqında öyrənməyə üstünlük verilmir. Problemli bir şəkildə, cinsi orqanlar haqqında təhsil fəsli "reproduktiv orqanlar" adlandırılır.

Folklor və mifologiya 200px|thumb|right|Rəssam Əzim Əzimzadə tərəfindən Zülfüqar və Üzeyir Hacıbəyovların "Aşıq Qərib" operasının Pəri surətinə çəkilmiş eskiz.

Azərbaycan nağıllarında ilancildli qəhrəman gözəl qıza aşiq olur və daha sonra ilanın gözəl bir oğlan olması ortaya çıxır. İlanın fallik (cinsi orqana bənzər) simvol olması bəlli məsələdir. Beləliklə, rəmzin arxasında gizlənmiş mifoloji poetika bədii poetika altında yenə özünü göstərmiş olur. Qıza vurulan ilan haqqında xeyli sayda rəvayətlər də vardır. Bu rəvayətlərə görə, ilan qızın yatdığı yerdə yatır və ya qızın dalınca düşür. Bu zaman fikirləşilir ki, ilan qıza aşıq olmuşdur. İlanın fallik semantikası nəzərə alınarsa, aydın olur ki, ilan kişi simvoludur və oğlan semantikası daşıyır.

Azərbaycan mifologiyasındakı pərilər cinsi varlıqlardır. Onların insanlarla yaxınlıq qorxuları geniş yayılmışdır və belə yaxınlıq tragik sonluqla bitir. Azərbaycan folklorunda qeyri-adı varlıqlarla insanlar arasında, bədbəxtlik gətirən əlaqə ilə bağlı qadağalar çoxdur. Belə hekayələr yəqin ki real həyatda qadağan edilmiş şəxslərlə cinsi əlaqənin bədbəxt sonluğu ilə bağlı, xəbərdaredici nağıllar kimi başa düşülə bilər. "Kitabi-Dədə Qorqud"da pərinin insanla cinsi əlaqəyə girməsindən Təpəgöz yaranır və o, insanları yeməyə başlayır. Təpəgözün dünyaya gəlməsindən əvvəl igidlər onun olduğu "yığnaq" (qadın dölü) ətrafına yığışırlar. Hər biri burada sanki öz "cinsi gücü"nü göstərməyə çalışır və Aruz Qocanın mızrağı qalib gəlir, yığnaqdan Təpəgöz doğulur.