Besiyata Dişmaya və ya Be-siyata di-şmaya (; ) — Talmud iudaizmində istifadə olunan fraza. "" akronimi ortodoks yəhudilər arasında geniş yayılmışdır. Onlar bu akronimi hər yazılı sənədin – məktubların, qeydlərin, indi tez-tez veb-saytların yuxarı hissəsində qeyd edərək hər şeyin, o cümlədən verilən məlumatın tanrıdan gəldiyini və tanrının köməyi olmadan heç bir işin uğurla başa çatdırıla bilməyəcəyini xatırladırlar. Bunun istifadəsi halaxanın hər hansı dini qanunu ilə tənzimlənmir, bu, ənənə ilə ötürülür.

Üçhərflı abbreviaturanın geniş yayılmasının səbəbi ondadır ki, o, tanrının adını təmsil etmək üçün istifadə olunan ivritcə "ה" hərfini ehtiva etmir. Buna görə də "בס״ד" işarəsi ilə qeyd olunmuş və perqament üzərində "Tövrat" mətni olmayan səhifə genizaya məcburi basdırılma tələbinə düşmür və buna görə də cəza qorxusu olmadan atıla bilər.

İstinadlar

Kateqoriya:Arami dilində sözlər və ifadələr Kateqoriya:İudaizm