Melissa Varqas və ya Melissa Vargas (tam adı: , , Kuba) — Kuba əsilli Türkiyə voleybolçusu, "Fənərbaxça" qadın voleybol klubunun və Türkiyə qadın milli voleybol komandasının diaqonal hücumçusu. 2023-cü il Avropa çempionu və 2023-cü il Millətlər Liqasının qalibi, hər iki turnirin ən dəyərli oyunçusu (MVP) seçilmişdir. Qadınlar arasında voleybolda dünya servis sürəti rekordunun (112 km/saat) sahibidir.
Həyatı Melissa Varqas 16 oktyabr 1999-cu ildə Kubanın Sienfueqos şəhərində anadan olub. Atasının həndbolçu olması onun idmana uşaq vaxtından maraq göstərib. Voleybola 6 yaşında başlayıb, 8 yaşında isə məktəb komandasında qoşulub. Mətkəb komandasında eldə etdiyi nailiyyətlərə görə ona "Kubanın gələcəyi" deyirdilər. Varqasın istedadı çox erkən fərq edilib: o, artıq 13 yaşında Kuba qadın milli voleybol komandasında debüt edib. Bu da onu belə beynəlxalq səviyyəli yarışlar tarixində ən gənc voleybolçulardan birinə çevirib.
2016-cı ildə Çexiyanın "Agel" (Prosteyov) klubunda çıxış edərkən Varqas ciddi çiyin zədəsi aldı. O, müalicə üçün Kubaya qayıtdı, lakin Havanadakı tibbi xidmətin keyfiyyəti ailəsinin narazılığına səbəb oldu. Valideynləri xaricdə müalicə olunmasını istədilər, bu isə Kuba Voleybol Federasiyası ilə münaqişəyə gətirib çıxardı. Nəticədə, 2017-ci ildə Federasiya "ölkəyə qarşı təhqiramiz və intizamsız münasibətə görə" əsaslandırması ilə idmançını 4 il müddətinə diskvalifikasiya etdi və ona həm milli komandada, həm də xarici klublarda çıxış etməyi qadağan etdi.
Karyerasını davam etdirmək ümidi ilə Varqas Kubanı tərk etdi. Sonradan o, Serbiya vətəndaşlığını qəbul etdi, lakin idman vətəndaşlığını dəyişdirmədi. 2018-ci ildə "Fənərbaxça" qadın voleybol klubuna qoşuldu, Türkiyədə bir neçə il çıxış etdikdən sonra 2021-ci ildə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fərmanı ilə Türkiyə vətəndaşlığını aldı və Türkiyə qadın milli voleybol komandasında çıxış etməyə başladı. Şəxsiyyət vəsiqəsinin təqdimetmə mərasimi İstanbulda yerləşən Vahidəddin köşkündə keçirildi.
Karyerası
Klub karyerası Varqasın karyerasında ilk peşəkar xarici klubu, 2015/16 mövsümündə qoşulduğu Çexiyanın "Agel" (Prosteyov) komandası oldu. 16 yaşında Çexiya çempionatında hər oyunda orta hesabla 30-dan çox xal toplayaraq komandanın əsas oyunçusuna çevrildi.
Kuba voleybol federasiyası ilə yaşanan münaqişədən sonra, 2017-ci ildə İsveçrənin "Volero" (Sürix) klubu ilə bir neçə illik müqavilə imzaladı. Lakin çox keçmədən klub fəaliyyət istiqamətini dəyişdi və əsas aktivlərini Fransaya ("Volero Le-Kanne") köçürdü.
2018-ci ildə Melissa Türkiyənin "Fənərbaxça" klubuna keçdi. Bununla da onun voleybol elitasındakı karyerası başladı. İstanbul klubunun heyətində o, tez bir zamanda hücum liderinə çevrildi və Türkiyə liqasının ən yaxşı bombardirləri siyahısına müntəzəm olaraq düşürdü.
2021-ci ildən etibarən karyerasını iki ölkə arasında bölüşdürərək maraqlı bir qrafiklə çıxış etməyə başladı. Mövsümün ilk yarısını Çinin "Tianjin Bohai Bank" klubunda keçirib orada çempionluq qazanır, ikinci yarısında isə İstanbula qayıdaraq "Fənərbaxça"ya həm yerli liqanın pley-off mərhələsində, həm də Çempionlar Liqasında kömək edirdi.
Üç mövsüm (2021–2023) davam edən bu gediş-gəlişin zirvəsi 2022/23 mövsümü oldu. Məhz Varqasın həlledici performansı sayəsində "Fənərbaxça" "Vakıfbank"ın uzunillik hegemonluğuna son qoyaraq Türkiyə çempionluğunu qazandı.
Milli komanda karyerası Kuba (2013–2016) Varqas milli yığmada debüt edəndə cəmi 13 yaşında idi. O, gənc yaşına baxmayaraq, İtaliyada keçirilən 2014-cü il Dünya Çempionatı, Dünya Kuboku və Panamerika Oyunları kimi mötəbər turnirlərdə iştirak etmişdi. Diskvalifikasiyaya qədər Kuba voleybolunun əsas ümidi və gələcəyi sayılırdı.
Türkiyə (2023-cü ildən) 2021-ci ilin aprelində Türkiyə pasportu alsa da, idman vətəndaşlığının dəyişdirilməsi ilə bağlı qaydalara görə iki illik məcburi "karantin" dövrünü gözləməli oldu. Onun Türkiyə millisindəki rəsmi debütü 2023-cü ildə Millətlər Liqasında gerçəkləşdi. Onun komandaya qoşulması dərhal möhtəşəm nəticələr verdi, 2023-cü il Millətlər Liqasında Türkiyə tarixinin ilk qızıl medalını qazandırdı. Final mərhələsinin ən məhsuldar oyunçusu oldu və turnirin ən dəyərli oyunçusu (MVP) seçildi, 2023-cü il Avropa Çempionatı vaxtı Serbiya ilə gərgin keçən final oynunda 41 xal toplayaraq Türkiyəyə Avropa çempionluğunu gətirdi. Bu turnirin yekununda da o, yenidən ən dəyərli oyunçu adına layiq görüldü.
Nəaliyyətləri
Klublar
Agel Prostějov
2015/16 Çexiya Kuboku - Çempionluq 2015/16 Çexiya Liqası - Çempionluq
Volero Zürih
2017/18 İsveçrə Super Kuboku - Çempionluq 2017/18 İsveçrə Kuboku - Çempionluq 2017/18 İsveçrə Liqası - Çempionluq
Fenerbahçe
2018/19 Kupa Voley - İkincilik 2020/21 Sultanlar Liqası - İkincilik 2021/22 Kupa Voley - İkincilik 2021/22 Sultanlar Liqası - İkincilik 2022/23 Kupa Voley - İkincilik 2022/23 Sultanlar Liqası - Çempionluq 2023/24 Kupa Voley - Çempionluq 2023/24 Sultanlar Liqası - Çempionluq 2024 Qadınlar Voleybol Çempionlar Kuboku - Çempionluq 2024/25 Kupa Voley - Çempionluq 2024/25 Sultanlar Liqası - İkincilik 2025 Qadınlar Voleybol Çempionlar Kuboku - Çempionluq
Tianjin Bohai Bank
2021/22 Çin Liqası - Çempionluq 2022/23 Çin Milli Kuboku - Çempionluq 2022/23 Çin Liqası - Çempionluq 2023/24 Çin Milli Kuboku - Çempionluq 2023/24 Çin Liqası - Çempionluq
Milli komanda
2023 FIVB Qadınlar Voleybol Millətlər Liqası Çempionluq 2023 Avropa Qadınlar Voleybol Çempionatı Çempionluq 2023 Voleybol Dünya Kuboku - Çempionluq 2025 Qadınlar Voleybol üzrə Dünya Çempionatı - İkincilik
Şəxsi uğurları
2020/21 Sultanlar Liqası - Ən yaxşı diaqonal oyunçu 2022/23 Sultanlar Liqası - Ən yaxşı diaqonal oyunçu 2022/23 Sultanlar Liqası - Ən dəyərli oyunçu (MVP) 2023 FIVB Qadınlar Voleybol Millətlər Liqası - Ən yaxşı diaqonal oyunçu 2023 FIVB Qadınlar Voleybol Millətlər Liqası - Ən dəyərli oyunçu (MVP) 2023 Avropa Qadınlar Voleybol Çempionatı - Ən yaxşı diaqonal oyunçu 2023 Avropa Qadınlar Voleybol Çempionatı - Ən dəyərli oyunçu (MVP) 2023/24 Kupa Voley - Ən dəyərli oyunçu (MVP) 2023/24 Sultanlar Liqası - Ən dəyərli oyunçu (MVP) 2025 Qadınlar Voleybol üzrə Dünya Çempionatı - Ən yaxşı diaqonal oyunçu - Ən məhsuldar oyunçu
Şəxsi həyatı Melissa Varqas parlaq imici, tez-tez dəyişdiyi saç düzümü və saç rəngi ilə tanınır. O, dəb və musiqi ilə yaxından maraqlanır. İdmançının bədənində çoxsaylı döymələr vardır ki, bunlar öz dediyinə görə, həyatının mühüm anlarını əks etdirir.
Hücum zamanı nümayiş etdirdiyi inanılmaz sıçrayış hündürlüyünə görə Türkiyədə ona "Vargas Havayolları" () ləqəbi verilmişdir.
İstinadlar
Kateqoriya:Türkiyənin qadın voleybolçuları Kateqoriya:Fənərbaxça QVK voleybolçuları Kateqoriya:Modranska Prosteyov QVK voleybolçuları Kateqoriya:Türkiyə immiqrantları