Bilişt ( və ya ) – Albaniya Respublikasında şəhər və keçmiş bələdiyyə.

2015-ci ildə yerli idarəetmə islahatından sonra Devoll bələdiyyəsinin mərkəzi olmuşdur.

2023-cü il siyahıyaalınmasına əsasən əhalinisin sayı 7287 nəfərdir.

Yerləşməsi Bilişt şəhəri Albaniyanın ən cənub-şərq şəhəridir. Devoll Vadisinin şərqində, dəniz səviyyəsindən təxminən 880-970 m yüksəklikdə, Devoll çayının yatağından şəhərin üzərindəki Kokogllava təpəsinə qədər uzanan təpəli relyefdə yerləşir. Ərazisi 1,4 km2 sahəni əhatə edir. Dəniz səviyyəsindən orta hündürlüyü 925 m olan Bilişt, Ersekëdən (dəniz səviyyəsindən 1020 m yüksəklikdə) sonra Albaniyanın ikinci ən yüksək şəhəridir.

Şəhər çox əlverişli coğrafi mövqeyə malikdir. Albaniyanı Yunanıstanla şərqdən 7 km məsafədə yerləşən Kapştiçe gömrük məntəqəsini birləşdirən avtomobil yolu keçir. Şimalda şəhər Bitincke, şərqdə Kokogllava (dəniz səviyyəsindən 1140 m yüksəklikdə), Stranra (dəniz səviyyəsindən 1280 m yüksəklikdə), Sellce (Bilişt yaxınlığındakı erkən yaşayış yeri) və Vernik təpələri ilə həmsərhəddir, cənubda Vişoçiçe, qərbdə isə Devoll çayı və Poloske (4 km), Kuç (3 km), Baban (5,5 km) və Hoçişt (6,5 km) kimi kəndlərlə həmsərhəddir.

Müsəlman sufi müqəddəsi Qazım Babanın qəbri Biliştdə yerləşir.

Tarixi Bilişt yaxınlığında erkən Dəmir dövrünə aid istehkam yeri mövcuddur.

Osmanlı imperiyası müasir Albaniya ərazisini işğal etdikdə, Bilişt şəhəri də osmanlılar tərəfindən tutulur. 16-cı əsrdə şəhər Sufi təriqətinin mərkəzinə çevrilir.

Böyük Şərq Böhranı zamanı San Stefano Müqaviləsi ilə, Biliştdə daxil olmaq Albaniya ərazilərinin böyük bir hissəsiBolqarıstan dövlətinə keçmişdir.

Balkan müharibələrindən (1912–1913) sonra Bilişt Albaniyanın tabeçiliyinə keçmişdir. Sərhədin yunan tərəfindəki bəzi müsəlman olan alban kəndlərinin sakinləri dini meyarlara əsasən Yunan-Türkiyə əhali mübadiləsi (1923) zamanı Türkiyəyə göndərilənə qədər Bilişt bazar şəhəri kimi fəaliyyət göstərmişdir.

1923-cü il Albaniya siyahıyaalınmasına görə Bilişt şəhər statusu almışdır.

Müharibələrarası dövrdə Biliştdə Rifai Sufi Ordeninin icması mövcud idi. Bu dövrdə ətrafdakı müsəlman kənd əhalisinin bir hissəsi Avstraliyaya mühacirət etmişdi.

1960-cı illərdə Bilişt və qonşu Korçe ətrafındakı ərazilər ölkənin dağlıq rayonlarında (500 metr və daha yüksək) ən yüksək əhali sıxlığına malik idi.

Azərbaycan və Bilişt 2010-cu illərin sonlarında tikilmiş və Azərbaycan qazını Avropaya daşıyan Trans-Adriatik Boru Kəməri (TAP) Biliştdən keçir.

İstinadlar

Kateqoriya:Albaniya şəhərləri