Sabir Mirzağa oğlu Qarayev — Azərbaycanın tanınmış pedaqoqu, hüquqşünası, hakim və ictimai xadimi. "Oktyabr İnqilabı" ordeni ilə təltif olunmuş azərbaycanlı müəllim-hüquqşünas, II dərəcəli hüquqşünas, Lerik, Masallı rayonlarının və Lənkəran şəhərinin keçmiş baş hakimi. Ədliyyə veteranı.
Həyatı Sabir Qarayev 1937-ci il yanvarın 3-də Lənkəran şəhərində anadan olmuşdur. Uşaqlığı İkinci Dünya müharibəsinin çətin illərinə təsadüf etmiş, 5 yaşında dövrün Lənkəran Şəhər Partiya Komitəsinin katibi olan atasını ağır xəstəlik səbəbi ilə itirmişdir. Nənəsi və anasının himayəsində böyümüşdür. 1957-ci ildə Lənkəran Pedaqoji Texnikumunu fərqlənmə diplomu ilə, 1962-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat-fizika fakültəsini bitirmişdir.
Daha sonra hüquq sahəsinə yönələrək Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil almışdır. 2024-cü il yanvarın 4-də Lənkəran şəhərində ağır xəstəlik sonrası vəfat etmişdir.
Fəaliyyəti
Pedaqoji fəaliyyəti Sabir Qarayev 16 il müddətində Lənkəran şəhər 5 saylı tam orta məktəbində riyaziyyat və fizika müəllimi kimi fəaliyyət göstərmişdir. Təhsil sahəsində tətbiq etdiyi metodlar və islahatlarına görə Azərbaycan SSR KPMK-nin birinci katibi Heydər Əliyev tərəfindən "Oktyabr İnqilabı" ordeni ilə təltif edilmişdir.
Hüquq sahəsində fəaliyyəti Müəllimlik fəaliyyətindən sonra hüquq sahəsində karyerasını davam etdirən Sabir Qarayev bu vəzifələrdə işləmişdir.
1978–1982: Lerik rayon Xalq Məhkəməsinin hakimi. 1982–1990: Masallı rayon Xalq Məhkəməsinin baş hakimi. 1990–1991: Lənkəran şəhər Xalq Məhkəməsinin baş hakimi. 1991–2000: Lənkəran şəhər məhkəməsinin sədri
Hüquq sahəsində II dərəcəli hüquqşünas rütbəsinə qədər yüksəlmişdir. 2000-ci ildə təqaüdə çıxmış, Ədliyyə veteranı (Ədliyyə sahəsində xidmətlərinə görə verilən "əmək veteranı") fəxri adı ona verilmişdir.
Lerik rayonunda hakim vəzifəsində çalışarkən, öz məhkəmə prosesində ölkədən çıxışı qadağan edilmiş və ölkədən qanunsuz keçən xarici casusun aşkarlanması və yaxalanmasında göstərdiyi şücaətə görə Azərbaycan SSR Sərhəd Qoşunlarının rəisi, general-mayor Mustafa Nəsirov tərəfindən 2-ci dərəcəli "Отличник погранвойск" (Sərhəd qoşunları əlaçısı) ordeni ilə təltif olunmuşdur.
Təltifləri "Oktyabr İnqilabı" ordeni
2-ci dərəcəli "Отличник погранвойск" (Sərhəd qoşunları əlaçısı) ordeni
"Əmək Veteranı" fəxri adı
İstinadlar
Kateqoriya:3 yanvarda doğulanlar Kateqoriya:1937-ci ildə doğulanlar Kateqoriya:87 yaşında vəfat edənlər Kateqoriya:4 yanvarda vəfat edənlər Kateqoriya:2024-cü ildə vəfat edənlər Kateqoriya:"Oktyabr inqilabı" ordeni ilə təltif edilənlər Kateqoriya:Əlifba sırasına görə vəzifəli şəxslər Kateqoriya:Azərbaycan hakimləri Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunları Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Lənkəranda vəfat edənlər Kateqoriya:Lənkəranda dəfn olunanlar Kateqoriya:Lənkəranda doğulanlar