İlham Əliyevin Azərbaycanın dördüncü Prezidenti kimi andiçmə mərasimi — 31 oktyabr 2003-cü ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində, Heydər Əliyev Sarayında keçirilmişdir.
Tarixi
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikası tarixində beşinci prezident seçkiləri keçirildi."Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin andiçmə mərasimində nitqi" İlham Əliyev seçkilərdə 76,84% səslə qalib gəldi və bu barədə oktyabrın 28-də Azərbaycan Konstitusiya Məhkəməsi rəsmi elan etdi.
Andiçmə mərasimi Mərasimdən əvvəl Heydər Əliyev sarayının bayram tərtibatı salonuna Milli Məclisin deputatları, siyasi partiyaların, ictimai təşkilatların nümayəndələri, ziyalılar, gənclər, hərbçilər, din xadimləri, əməkçilər, həmçinin xarici ölkələrin təmsilçiləri, səfirlər, mətbuat işçiləri və digər qonaqlar toplaşmışdılar.
Tədbirdə Gürcüstan prezidenti Eduard Şevardnadze, Rusiya Federasiya şurasının sədri Sergey Mironov, Türkiyə baş nazirinin müavini Əbdülətif Şənər, İranın vitse-prezidenti Məhəmmədəli Abtahi və Ukraynanın baş naziri Viktor Yanukoviç iştirak etmişdilər.
Mərasim anı Azərbaycan Prezidenti İlham Əliyev mərasimə daxil olarkan iştirakçılar onu ayağa qalxaraq alqışlarla qarşıladılar.
Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olundu.
Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını təntənəli marşın sədaları altında səhnəyə gətirdilər.
Azərbaycan Respublikasının Konstitusiyası dinimizin müqəddəs kitabı Qurani-Şərif ilə yanaşı qoyulmuşdu.
Vəzifə andı Azərbaycan Konstitusiyasının 103-cü maddəsinə Azərbaycan Respublikasının Prezidenti seçilən şəxsin andı daxildir.Azərbaycan Respublikasının Konstitusiyası
Azərbaycan Respublikasının Prezidenti seçilən şəxs prezident seçkilərinin nəticələri haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsinin üzvlərinin iştirakı ilə and içir.
Andiçmə zamanı İlham Əliyev əlini Azərbaycan Respublikasının Konstitusiyasının üzərinə qoyaraq dedi:
Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq dedi:
Azərbaycan Respublikasının dövlət himni səslənəndən sonra İlham Əliyev geniş nitq söylədi və dəfələrlə gurultulu alqışlarla qarşılandı. Andiçmədən sonra Azərbaycanın dövlət bayrağı səhnədən aparıldı və böyük bayram konserti oldu.
Həmçinin bax Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimi (2024)
İstinadlar
Xarici keçidlər
Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı Azərbaycan Prezidentinin rəsmi YouTube videokanalı Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi (2008 г.) Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışı (2013 г.) Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi (2018)
Kateqoriya:Azərbaycan prezidentinin andiçmə mərasimləri Kateqoriya:2003-cü ildə siyasət Kateqoriya:Azərbaycanda prezident seçkiləri (2003) Kateqoriya:İlham Əliyev