Yeni bəəsçilik — 1963-cü ilin sentyabr ayında Ərəb Sosialist Baas Partiyasının altıncı milli konqresindən sonra Suriyanın dövlət ideologiyasına çevrilmiş bəəsçiliyin ifrat sol variantı.* Sələh Cədid və Hafiz Əsədin rəhbərlik etdiyi yeni bəəsçi hərbi komitə tərəfindən həyata keçirilən 1966-cı ildə Suriya dövlət çevrilişi nəticəsində Bəəs Partiyasının Suriya regional bölməsi orijinal Bəəs Partiyası Milli Komandanlığından tamamilə müstəqil olan militarist bir təşkilata çevrilmişdir.
Yeni bəəsçilik hərbiyyənin üstünlüyünü vurğulamaq və Mişel Əflaq ilə Səlahəddin Bitar da daxil olmaqla klassik baasçı rəhbərliyin "köhnə qvardiyasını" təmizləmək yolu ilə panərəbist ideoloji əsaslarından uzaqlaşan bir cərəyan kimi xarakterizə edilmişdir. Müxtəlif marksist ideoloji məktəblərin təsiri altında olan Suriyada ifrat solçu* yeni bəəsçi rejim inqilabi sosializm kimi radikal sol doktrinaları mənimsəmiş, panərəbizmdən imtina etmiş və Sovet İttifaqı ilə əlaqələri gücləndirməyə çalışmışdır. Bu dövrdə rejim nasirçilər və aralarında kəskin rəqabət olan İraq bəəsçiləri, xüsusilə səddamçılar kimi ərəb milliyyətçiləri ilə münaqişəyə girmişdir. 1963-cü ildə Suriyada dövlət çevrilişi nəticəsində Suriya Ərəb Respublikasında hakimiyyəti ələ keçirdikdən sonra yeni bəəsçi zabitlər totalitar prinsiplərlə fəaliyyət göstərən hərbi diktatura qurmaq məqsədilə ənənəvi mülki elitaları kənarlaşdırmışdılar.
Yeni bəəsçilik ilk növbədə Hafiz Əsəd və onun oğlu Bəşər Əsədin bir-birini izləyən hökumətlərinin siyasətinə əsaslanan əsədçilik ilə əlaqələndirilir. Bu sistem əsasən nepotizm və məzhəbçiliklə xarakterizə olunmuşdur. Hafiz Əsədin 1970-ci ildə Suriyada dövlət çevrilişi ilə hakimiyyəti ələ keçirməsi ordu və təhlükəsizlik qüvvələrində nüseyri azlığının dominantlığının möhkəmlənməsinə səbəb olmuşdur. Dövlət təbliğatı əsədçiliyi bəəsçi ideologiyanı müasir dövrün ehtiyaclarına uyğun inkişaf etdirən yeni bəəsçi bir cərəyan kimi təqdim etmişdir. Bununla belə, yeni bəəsçi ideologiyanın qurucusu Mişel Əflaq tərəfindən orijinal bəəsçi prinsiplərdən uzaqlaşdığına görə tənqid edilmişdir.
2024-cü ilin sonlarında Hərbi Əməliyyatlar Komandanlığı və müttəfiq silahlı qruplaşmalar tərəfindən başladılan bir sıra inqilabi hücumlar 8 dekabr 2024-cü il tarixində Əsəd rejiminin süqutu ilə nəticələnmişdir. Həmin vaxtdan etibarən bəəsçi hərbi aparatın qalıqları və Əsəd ailəsinin tərəfdarları Laziqiyyə, Tartus və Qərbi Suriyanın bəzi hissələrində yerləşən nüseyri qalalarında şiddətli toqquşmalar həyata keçirmişdilər.
İstinadlar
İstinadlar
Kateqoriya:Ərəb milliyyətçiliyi Kateqoriya:Solçuluq